Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"BARATTSON" MMC vergidən yayınır? -DE-FAKTO

 İllərcə mühasibatlıq, ilgilis dili və bir çox profesional kursları ilə Azərbaycanda məhşur olan Barratsons kursları illərcə çox sərt bir şəkildə vergidən yayınır.

Bu məlumatı Yenixeber.org-a kursların yerləşdiyi binanın yeni sahiblərindən biri - Ukrayna vətəndaşı və Birləşmiş Krallıq rezidenti İlham Mamedov bildirib:

İllərdir BARATTSON MMC - yerləşdiyi 1202 kv m Bəxtiyar Vahabzadə 5 ünvanında icarə müqaviləsində qiyməti 7 dəfə aşağı göstərərək vergidən yayınıb. Məhz 20,000 AZN icarə haqqı olan yerə cəmi 3057 AZN qeyd edərək, aylıq 17000 AZN-i gizlədərək vergidən yayınır. 

Məsələyə aydınlıq gətirək - 23 Avqust 2022-ci ildə obyekt yiyəsi rəhmətə gedəndən sonra aydın olub ki - mərhumun qardaşı - Zamanov Zaman Muxtar oğlu ona verilən etibarnamədən sui istifadə edərək 2021-ci ildə pul mənimsəmə məqsədi ilə və vergidən yayınmaq məqsədi ilə "BARATTSON" MMC ilə əlbir olaraq icarə müqaviləsində rəsmi məbləği 3057 AZN olaraq göstərib. Mərhumun vərəsələri dəfələrlə bu səhvi düzətlmək üçün danışıqlar aparıb və heç bir nəticəyə gəlməmişdir. Bununla bağlı ekpert rəyi alınıb, vergi orqanlarına vergidənyayınma fakti olaraq şikayət olunub və məhkəməyə müraciət olunub.

Marağlıdır, muhasıbatlıq kurslarında da BARATTSON MMC vergidən yayınmağı öyrədir?

       ***

Biz Yenixeber.org olaraq bu iddialarla bağlı qarşı tərəfi də dinlədik: "BARATTSON" MMC-nin bizimlə danışan rəsmisi Camal Hümbətov iddiaları əsassız və qərəzli adlandırdı və əlavə etdi ki, məsələ Lokal Vergilər İdarəsində və Nərimanov Rayon Məhkəməsində araşdırılır. 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam