Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dərmanla baş kəsənlər

 

Fırıldaqçılar vətəndaşı fırlatmağa davam edəcək

"Xeberinfo.com":   Bəzən proqnozların doğrulması adamı kədərləndirir. Bəzən yanılmaq insanı sevindirir. Istəyirsən ki, gələcək haqqında dediklərin özünü doğrultmasın. Məsələn, ölkəbaşçısının müşavirələrdə səsləndirdiyi fikirlərin, barmaq silkələyərək tapşırıqlar verməsinin ciddi nəticəsinin olmayacağını yazırıq. Amma düşünürsən ki, kaş, həqiqətən bu vədlərə əməl olunaydı, vətəndaşın problemi həllini tapaydı və mən bu dəfə ədalətsiz fikir yürütmüş olaydım.

Amma nə edək ki, həmişə bizim dediklərimiz özünü doğruldur. Xatırladaq ki, ölkə başçısı sonuncu müşavirədə dərman preparatlarının qiymətinin bahalığından danışmışdı və bu süni qiymət artımının cinayət olduğunu söyləmişdi. Bir sözlə, ölkə başçısı bu məsələni diqqətdə saxlayacağını və qiymətlərin kəskin ucuzlaşacağını bildirmişdi. Sirr deyil ki, bu gün ölkə əhalisinin dərmana böyük tələbatı var, bütün xəstəxanalarda insan izdihamı müşahidə olunur, apteklərdə növbələr daimidir və s. Yəni dərman qiymətlərindəucuzluğun yaranması vətəndaş üçün olduqca önəmlidir. Amma məlum oldu ki, cəmi 250 dərmanın qiyməti ucuzlaşacaq. O da məlum oldu ki, bu ölkədə 7 manatlıq dərman 61 manata satılırmış. Bəli, vətəndaş illərlə 20 qat aldanma proseslərindən keçəndən sonra “insaflı” olmaq qərarı verildi. Amma qiyməti azaldılan dərmanlar arasında “inqilabi” dəyişikliyə məruz qalanlar da var. Onların sırasında “Levoksimed”ÿ(indi 6 manat 80 qəpik, yeni qiyməti 6 manat 78 qəpik ),ÿ"Diflukan"ÿiynə (indi 11 manat 40 qəpik, yeni qiyməti 11 manat 36 qəpik), “Difungin”ÿ1 A (indi 7 manat 50 qəpik, yeni qiymət 7 manat 49 qəpik ),ÿ"Itamidol"ÿdəri üçün köpük (indi 8 manat 40 qəpik, yeni qiyməti 8 manat 36 qəpik),ÿ"Dikloberl retard"ÿkapsula (indi 3 manat 80 qəpik, yeni qiymət 3 manat 76 qəpik) və digərlərinin adlarını qeyd etmək olar. Təntənəli müşavirədən sonra xeyli dərmanlarda 2 qəpiklik humanizmin cücərtilərini gördük.

Amma məsələ bununla da bitmir. Ölkədə 4500 adda dərman satılır. Məşhur müşavirədən sonra isə yalnız 250 dərmanın izinə düşmək mümkün olub. 4250 istiqamətdən vətəndaşa “güllə yağışı” davam edəcək. “Partizan”larımız cəmi 250 “snayper”i zərərsizləşdiriblər.

Səhiyyə nazirinin müavini Elsəvər Ağayev isə “dərman əməliyyatı” haqqında bunları deyib: “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” tarixi sosial qərar ilə 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib. Qiymətlərin tənzimlənməsi ilə bağlı qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır. Ilin sonuna qədər Tarif Şurası tərəfindən SəhiyyəNazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq".

Deməli, bütün ölkəyə səs salmış müşavirədən sonra operativ tədbirlər görülüb və tədbirlərən yaxşı halda mart ayında öz bəhrəsini verə bilər. Axı niyə qiymətlərin tənzimlənməsi qısa müddətə həyata keçirilmir?

Deməli, hələ mart ayına qədər vətəndaşa 10 manatlıq dərmanın 100 manata satılması “ənənə”si davam etməlidir. Ancaq bu məsələni 1 həftə ərzində də həll etmək olar. Sadəcəolaraq hökumət imitayon addımlar ataraq əsas məqsəddən yayınmaq istəyir. Mart ayına qədər bu məsələnin cazibədarlığı itəcək. Üstəlik, dərman monopolistləri yenə də milyonlar qazanmağa davam edəcək. O da məlum deyil ki, 250 adda dərmanın qiyməti endirildikdən sonra keyfiyyəti haqqında hansı “tədbir”lər görüləcək.

Bir sözlə, hökumətin dərman preparatlarının qiyməti ilə bağlı mübarizə üsulu korrupsiya ilə mübarizə kimi “çiçəklənməkdədir”. Artıq hamı bilir ki, aptekdən aldığı dərmanın qiyməti real qiymətdən 20 dəfə bahadır. Amma hökumətimiz bu fırıldaqçılara 7 ay fürsət tanıyır. Yəqin seçkiqabağı monopolistləri də, özlərini də zərərə salmaq istəmirlər. Xəstələrin həddindən artıq çox olduğu ölkədə real qiymət islahatı aparmaq hökumətimizin maraqlarına uyğun deyil. Hələ vətəndaşa minnət qoyacaqlar ki, 250 dərmana əncam çəkmişik.

Bu ölkədə bütün problemlərin həlli Qarabağ məsələsi kimi dalana dirənib.

Azadlıq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam