Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kərəm Həsənovun müəmmalı sərmayə müsabiqəsi

 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Lənkəranın Veravul kəndindəki “Lənkəran Cay-3” ASC çay fabrikinin 99,94 faiz səhminin satışı üzrə investisiya müsabiqəsini yekunlaşdırıb. Müsabiqənin qalibi adı açıqlanmayan fiziki şəxsdir.

"Xeberinfo.com":   Məlumata görə, ƏMDK iki iddiaçının iştirak etdiyi bu müsabiqənin nəticələri haqda məlumat yayıb.

Qeyd etmək lazımdır ki, ƏMDK-nin məlumatında müəssisədə investisiyalar üzrə müsabiqənin qalibinin öhdəliklərinin həcmi haqda bilgi yoxdur. Çay fabrikinin fəaliyyətini davam etdirəcəyi, yoxsa başqa sahəyə yönələcəyi də məlum deyil.

Qurumun mətbuat katibi "Turan"ın bununla bağlı suallarını cavablandırmayıb.

Beləliklə, naməlum investor 200 min manat dəyərində səhmi 70 min manata alıb.

Lənkərandakı 3 saylı çay fabriki 1982-ci ildə istismara verilib. Müəssisə fəaliyyət göstərmir və iki işçisi var. Fabrikin maliyyə öhdəlikləri 23,5 min manat təşkil edir.

Qeyd etmək lazımdır ki, qanunvericiliyə zidd olaraq ƏMDK həmin müəssisənin tutduğu torpaq sahəsi və onun quruluşu haqda məlumat vermir.

“Lənkəran Cay-3” ASC-də əmək kollektivinin üzvləri güzəştli alqı yolu ilə müəssisənin səhminin cəmi 65 ədədini və ya 0,04 faizini alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam