Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

FHN-də büdcə vəsaiti necə talan olunur?-DE-FAKTO

Yenixeber.org: Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə mövcüd olan oliqarx siyahısına başçılıq edə bilməsə də, bu siyahıda ön sıralarda olması heç kəsə sirr deyil. Mövzuya insafən yanaşsaq Kəmaləddin Heydərov digər oliqarxlara nisbətən dövlətimizin və millətimizin mənafeyini üstün tutur. Daha dəqiq desək, FHN-nın "şef"i dövlət və cəmiyyət üçün təhlükəli şəxs hesab olunmur.(Hətta dostluqda...)
Dəyərli oxucular, sizi yormadan dərhal mətləbə keçirik. Ötən yazımızda oxuculara söz vermişdik ki, Qəbələ rayon Yanğından Mühafizə İdarəsində "işləyən"ölü canların və idarə rəisi Arzu Umuyevin daşınmaz əmlakının siyahısını təqdim edəcəyik. ( Ötən yazı bu linkdə: https://yenixeber.org/problem/137836-heyderovun-kadrlari-qebelede-gul-vurur-.html)
Buyurun, həmin siyahı ilə tanış olun:
1. Bakı şəhərində 3 otaqlı 2 mənzil.
2. Qəbələ rayonunda 3 ev, 5 həyətyanı torpaq sahəsi.
3. Şəki şəhərində 3 mərtəbəli villa.
Ölü canların syahısının davamı: Taryel, Şahin, Elyar, Fəqan, Nicat.
İdarəyə ayrılan yanacaq harada satılır? Əldə olunan maliyyə gəliri kimlərin arasında və necə bölünür? FHN-də Arzu Umuyevə "daydaylıq" edən Füzuli adlı şəxs kimdir? İdarənin fəaliyyəti üçün ayrılan büdcə vəsaiti necə və hansı yollarla talanır, daha doğrusu idarə müdiri üçün daşınmaz əmlaka çevrilmə prosesi hansı mərhələlərdən keçir?
Bu və digər suallara etibarlı mənbənin köməyi ilə aydınlıq gətirəcəyik.
P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Dağlar.tv

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam