Hansı əmlak ən çox girov qoyulur?
Beynəlxalq praktikada ipotekanın bir çox növündən istifadə olunur. Bu zaman daşınar və daşınmaz əmlak girov predmeti kimi çıxış edir. Ölkəmizdə isə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir.
Yenixeber.org: Vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi, girov predmeti olması isə bu bazarın canlanmasına gətirib çıxarır. Azərbaycanda bu sahə üzrə 2022-ci ilin ilk rübünün statistikasına nəzər yetirək.
Bağlanan ipoteka müqavilələrinin sayı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən aldığımız məlumata görə, 2022-ci ilin yanvar-mart ayları ərzində ölkəmizdə 15 047 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 922 və ya 48,6 %, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 5 596 və ya 59,2 % çox olub.
Ən çox girov qoyulan daşınmaz əmlaklar
Bu ilin 3 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk yerlərdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində 8 864 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 3 ayı ərzində girov qoyulmuş ümumi 15 047 əmlakdan 2 521-i torpaq sahəsinin, 2 264-ü isə fərdi yaşayış evinin payına düşüb.
2022-ci ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri |
||
Əmlak növləri |
Müqavilə sayı |
Ümumi göstəricidə payı |
Mənzillər |
8864 |
58,9% |
Torpaq sahələri |
2521 |
16,8% |
Fərdi yaşayış evləri |
2264 |
15% |
Qeyri-yaşayış binaları |
509 |
3,4% |
Qeyri-yaşayış sahələri |
457 |
3% |
Bağ evləri |
262 |
1,7% |
Digərləri |
170 |
1,1% |
Ümumi say |
15 047 |
100% |
Statistik məlumatları təhlil etdikdə məlum olur ki, daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi ölkənin iqtisadi mərkəzi sayılan Bakıda bağlanılıb. Cari ilin yanvar-mart ayları ərzində paytaxtda ümumilikdə 7 717 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,3 %-i və ya yarıdan çoxu deməkdir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron (1 904 müqavilə), 2 saylı Sumqayıt (1 222 müqavilə), 3 saylı Gəncə (849 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (631 müqavilə) aparılıb. Həmçinin, Yevlax və Bərdə ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır. Bu nəticələri həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qəbul etmək olar.
Ərazi İdarələrinin adı |
İpoteka müqaviləsinin ümumi sayı |
Ölkə üzrə |
15 047 |
1 saylı Bakı Ərazi İdarəsi |
7 717 |
4 saylı Abşeron Ərazi İdarəsi |
1 904 |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
1 222 |
3 saylı Gəncə Ərazi İdarəsi |
849 |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
631 |
17 saylı Yevlax Ərazi İdarəsi |
330 |
7 saylı Bərdə Ərazi İdarəsi |
295 |
13 saylı Şirvan Ərazi İdarəsi |
253 |
6 saylı Beyləqan Ərazi İdarəsi |
240 |
16 saylı Ucar Ərazi İdarəsi |
209 |
10 saylı Lənkəran Ərazi İdarəsi |
195 |
12 saylı Şəki Ərazi İdarəsi |
194 |
11 saylı Şəmkir Ərazi İdarəsi |
192 |
14 saylı Şamaxı Ərazi İdarəsi |
192 |
9 saylı Qəbələ Ərazi İdarəsi |
178 |
8 saylı Cəlilabad Ərazi İdarəsi |
165 |
15 saylı Tovuz Ərazi İdarəsi |
162 |
18 saylı Zaqatala Ərazi İdarəsi |
119 |
Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionları üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, cari ilin yanvar-mart ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Sumqayıt və Abşerondur. Bütün girov qoyulan mənzillərin 91,3%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan və 7 saylı Bərdə ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ, 11 saylı Şəmkir və 14 saylı Şamaxı ərazi idarələrinin dislokasiyasında yerləşir.
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
Ərazi idarələri |
İpoteka müqaviləsinin sayı |
1 saylı Bakı Ərazi İdarəsi |
5961 |
4 saylı Abşeron Ərazi İdarəsi |
1261 |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
871 |
3 saylı Gəncə Ərazi İdarəsi |
401 |
17 saylı Yevlax Ərazi İdarəsi |
132 |
13 saylı Şirvan Ərazi İdarəsi |
58 |
Apardığımız araşdırmadan məlum olur ki, 2022-ci ilin ilk rübü ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 7 saylı Bərdə, 5 saylı Xaçmaz və 8 saylı Cəlilabad ərazi idarələrinin dislokasiyalarında yerləşir.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr
Ərazi idarələri |
İpoteka müqavilələrinin sayı |
1 saylı Bakı Ərazi İdarəsi |
608 |
4 saylı Abşeron Ərazi İdarəsi |
272 |
3 saylı Gəncə Ərazi İdarəsi |
261 |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
161 |
7 saylı Bərdə Ərazi İdarəsi |
141 |
8 saylı Cəlilabad Ərazi İdarəsi |
95 |
Cari ilin 3 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (32 müqavilə) və 15 saylı Tovuz (35 müqavilə) ərazi idarələridir.
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Ərazi idarələri |
İpoteka müqavilələrinin sayı |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
411 |
1 saylı Bakı Ərazi İdarəsi |
301 |
4 saylı Abşeron Ərazi İdarəsi |
297 |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
160 |
14 saylı Şamaxı Ərazi İdarəsi |
138 |
9 saylı Qəbələ Ərazi İdarəsi |
134 |