Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“İctimai TV”-nin dekorasiyasını “zibil qabı” satanlar düzəldir –MÜƏMMALI TENDERLƏR

 

İctimai Televiziya və Radio Yayımları Şirkəti (“İctimai TV”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yenixeber.org: Açıqlanan rəsmi məlumatlarda bildirilir ki, “İctimai TV”-nin keçirdiyi tender müsabiqəsinin qalibi “FLORES-KO” MMC (VÖEN – 1405818431) olub.

Qeyd edək ki, “İctimai TV” dekorasiya quraşdırma işlərinin satın alınması məqsədilə 02.03.2022-ci il tarixində kotirovka sorğusu elan edib. Tender müsabiqəsinin qalibi olan “FLORES-KO” MMC bu elandan təxminən bir ay əvvəl – 21.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 77 min 77 manat 80 qəpik ödəniləcək.
Hüquqi ünvanı Nəsimi rayonu, Asif Məhərrəmov, ev 66. m. 56-da yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi İbrahimov Siyasət Rasim oğludur.

Maraqlı məqamlardan biri də odur ki, cəmi bir ay əvvəl yaranmasına baxmayaraq “FLORES-KO” MMC Gədəbəy rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsində də qalib olub və İcra Hakimiyyətinə 100 ədəd məişət tullantıları üçün konteyner (“zibil qabı”) satıb. Satılan 100 ədəd “zibil qabı”nın ümumi qiyməti 39 min 600 manat təşkil edib.
Tender müsabiqəsilə bağlı diqqət çəkən daha bir məqam isə odur ki, “FLORES-KO” MMC qeydiyyatda olduğu ünvanda – Asif Məhərrəmov, ev 66. m. 56-da daha 2 şirkət – “RIKON-TT” MMC (VÖEN – 1405820151) və “RIVERA-333” MMC (VÖEN – 1405818561) adlı şirkətlər də qeydiyyata alınıb.

Bu şirkətlərin qanuni təmsilçisi də İbrahimov Siyasət Rasim oğludur. Adları qeyd olunan bu şirkətlər də dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra tender müsabiqələrində qalib olublar.

“Bakı Şəhər Dezinfeksiya Mərkəzi” nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin alınması məqsədilə 04.02.2022-ci il tarixində açıq tender elan edib. Tenderin qalibi olan “RIKON-TT” MMC bu elandan 10 gün əvvəl – 24.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 129 min 626 manat 50 qəpik ödəniləcək.

Bundan başqa Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi baner üzərində çap işlərinin, laminatın, orqanik şüşənin, diaqlaz materialın, vinil üzərində çap işlərinin satın alınması məqsədilə 18.02.2022-ci il tarixində kotirovka sorğusu elan edib. Tender müsabiqəsinin qalibi olan “RIVERA-333” MMC bu elandan təxminən bir ay əvvəl – 21.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 37 min 560 manat ödəniləcək.
Göründüyü kimi heç bir təcrübəsi olmadığı halda eyni hüquqi ünvanda yerləşən, eyni şəxsin rəhbərlik etdiyi 3 şirkət 4 fərqli dövlət qurumuna 4 fərqli sahədə iş və xidmətlər təqdim edəcək.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.

Tender müsabiqəsindən çox qısa müddət əvvəl yaranan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Diqqət çəkən daha bir məqam odur ki, “FLORES-KO” MMC, “RIKON-TT” MMC və “RIVERA-333” MMC-lərin qeydiyyatda olduğu hüquqi ünvanda – Nəsimi rayonu, Asif Məhərrəmov, ev 66. m. 56-da qısa müddətdə onlarla şirkət qeydiyyata alınıb. Hazırda bu şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları yaranıb.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda vətəndaşların etibarından sui-istifadə edərək onların adına şirkətlər qeydiyyatdan keçirən mütəşəkkil cinayətkar şəbəkə barədə məlumat vermişdik.(yeniavaz.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam