Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Zakir Fərəcovun “quda”sı niyə vuruldu? – Sumqayıt merinin sonu yaxınlaşı

İki gün əvvəl Prezidentin sərəncamı vəzifəsindən çıxarılan Göyçayın icra başçısı Mehdi Səlimzadə ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.
Yenixeber.org: Məlumatda iddia olunur ki, Mehdi Səlimzadənin özü üçün belə işdən çıxarılması gözlənilməz olsa da, əslində icra başçısının “vurulması”nın əsas səbəbi qohumluq əlaqələrinin pozulması ilə bağlı olub. Belə ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovla quda olan Mehdi Səlimzadə arasında yaşanmış ailə münaqişəsi səbəbindən münasibətlər pozulub. Və Zakir Fərəcovun qızı ata evinə qaytarılıb. Həmin hadisədən sonra Zakir Fərəcov vaxtı ilə yaxın bildiyi qudası Mehdi Səlimzadə ilə bağlı şəxsi sirləri yuxarılara ötürüb. Və deyilənə görə, Mehdi Səlimzadənin dövlətdən oğurladığı pullar barədəki faktlar Zakir Fərəcov tərəfindən rəsmi qurumlara çatdırılıb. Sumqayıt icra başçısına yaxın mənbələrdən daxil olan məlumatlarda qeyd olunur ki, Zakir Fərəcov qız övladının heç bir qaydaya sığmayacaq səviyyədə Səlimzadə ailəsindən qovulması ilə barışmayaraq Göyçayın sabiq icra başçısının həbs olunması üçün bütün imkanlarını səfərbər edib.
Bundan başqa məlumatda qeyd olunur ki, Mehdi Səlimzadə cavab olaraq Zakir Fərəcovun qanunsuz əməlləri və “bulvar biznesi” əməliyyatı haqqında məlumatları aidiyyəti qurumlara sənədlərlə təqdim edib. Fərəcovlara yaxın mənbələrdən əldə etdiyimiz daha bir məlumatda qeyd olunur ki, qızına qarşı olunan hörmətsizlik Sumqayıt icra başçısının səhhətində ciddi problemlər yaradıb. Mənbə qeyd edir ki, Fərəcov səhhəti ilə bağlı ölkədən kənarda müalicə olunmaq üçün Prezident Administrasiyasından icazə istəyib. Lakin Fərəcova ölkədən çıxış qadağan olunub. Bu da Zakir Fərəcovun tezliklə cəzalandırılacağına işarədir…
Məsələ ilə bağlı Sumqayıt İcra başçısından münasibət öyrənə bilmədik. Mövzuya qayıdacağıq.(aztoday.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam