Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"250 000 manatı icra başçısı Mehdi Səlimzadə mənimsəyib"-PREZİDENTƏ MÜRACİƏT

Yenixeber.org: Redaksiyamıza Göyçay rayonu Qarayazı kənd sakini, hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Əliyev Loğman Kərim oğlunun müraciəti daxil olub. Müəllif müraciətində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin korrupsiya əməllərindən və onun tərəfindən şərlənərək həbs olunmasından bəhs edir. Bütün bu iddialarla bağlı qarşı tərəfi dinləmək istəyimiz nəticəsiz oldu... Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə dərc edirik:  

                                                        

 
"Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin törətdiyi cinayətə görə məni şərləyib həbs ediblər. Bu qanunsuzluğa etiraz olaraq 17 sentyabr 2021-ci il tarixdən ölüm aclığı aksiyasına başlamışam.
Mənə qarşı irəli sürülən ittiham tam qanunsuzdur. Həmin pulları mən yox, icra başçısı Mehdi Səlimzadə mənimsəyib ki, buna dair konkret və mötəbər subutlarım var.
Mən 2015-ci il tarixdə Göyçay rayon Sanitar-Təmizlik idarəsinin rəisi vəzifəsinə təyin edilmişəm.
Mehdi Səlimzadə isə 2016-cı ilin iyun ayında Göyçay rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.
Mehdi Səlimzadənin tapşırığına əsasən işə əlavə qəbul edilmiş şəxslər adları işdə getsə də özləri heç vaxt işə gəlməyiblər. Onların əmək haqqları isə birbaşa Mehdi Səlimzadəyə çatıb.
Əgər istintaq düzgün aparılarsa bu subut olunacaq. Çünki çoxlu sayda işçinin bir neçə il işə gəlmədən maaş almasını Göyçay Rayon Sanitar-Təmizlik idarəsinin mühasibi Həmid Həmidov, mühəndis Fatma Hümmətova bilib və sənədlərə imza ediblər. Həmin şəxslərin işə gəlmələri barədə davamiyyət kitabına imzaları mühəndis Fatma Hümmətova özü edib. Bu cinayətləri birbaşa Mehdi Səlimzadənin sifarişi ilə ediblər. Onlar isə hazırda qorxularında susublar. Ancaq ortada konkret subutlar var.
Mən Mehdi Səlimzadənin bu işə son qoymasını təkidlə tələb etdim deyə, məni qanunsuz işdən çıxartdı. Hətta mən işimə bərpa olunmaq üçün məhkəməyə müraciət etdim Ağdaş rayon məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə işimə bərpa olundum. Buna görə təlaşa düşən Mehdi Səlimzadə oğlunun köməkliyi ilə mənə qarşı qondarma cinayət işi açılmasına nail oldu. 24 avqust 2021-ci il tarixdə məni həbs etdilər. Hazırda barəmdə olan qondarma cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. 17 sentyabr 2021-ci il tarixdə cinayət işim üzrə hazırlıq məhkəməsi keçirildi. Mən məhkəmə hazırlıq iclasında qanunsuz həbs olunmağıma etiraz olaraq ölüm aclığı aksiyasına başlamağımı elan etdim.
Bir daha mətbuat vasitəsi ilə elan edirəm cinayət  ittihamında qeyd edilən 250 000 manat pulu icra başçısı Mehdi Səlimzadə mənimsəyib ki, buna dair konkret və mötəbər subutlar var. Bu gün həbsdə mən yox, Mehdi Səlimzadə olmalıdır.
Həmin pullar isə hazırda sürücüsü olan qardaşı oğlu Toğrul Səlimzadə vasitəsi Mehdi Səlimzadəyə çatdırılıb. Bundan əvvəl isə onun pul yığanı Mehdi Səlimzadənin digər qardaşı oğlu Səməd idi. Aralarında pula görə narazılıq oldu deyə onu uzaqlaşdırdı. Mehdi Səlimzadənin bütün fəaliyyəti ağır cinayətlərlə doludur.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə müraciət edib, xahiş edirəm məni qanunsuz həbs ediblər mənim şikayətimi obyektiv araşdırın, törətdiyi ağır cinayətə görə həbsdə Mehdi Səlimzadə özü olmalıdır".

Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam