Qusar rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yenixeber.org: Tender müsabiqəsindən qalibi fərdi sahibkar Verdixanov Mübariz Eygün oğlu (VÖEN – 4700126292) olub.
Mübariz Verdixanov Gənclər və İdman İdarəsinə 15 min 968 manat dəyərində gənclər və idman sahəsi üzrə mal materiallar (medal, diplom, kubok, top və s.) satacaq.
Məlumat üçün bildirək ki, Mübariz Verdixanov daha əvvəl də Qusar və Quba rayonunda fəaliyyət göstərən dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub. Mübariz Verdixanov tenderlərdə qalib olan fərdi sahibkar kimi dövlət qurumlarına “Elektrik malları”, “Əkin materialları”, “Təsərrüfat inventarları” satmaqla bərabər, həm də “Məişət tullantıları poliqonunun təmizlənməsi”lə də məşğul olub.
Mübariz Verdixanov fərdi sahibkar olmaqla bərabər həm də sabiq millət vəkili Asya Manafova ilə sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvləri tərəfindən qurulan şirkətlərə də rəhbərlik edir.
22 sentyabr 2008-ci ildə sabiq millət vəkili Asya Manafovanın qardaşı ilə sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov “Safari Bak Upak” (VÖEN-4700270251) adlı şirkət təsis ediblər. Mübariz Verdixanov hazırda Mikayıl Manafov və Lətif Bağırov tərəfindən təsis olunan “Safari Bak Upak” MMC-nin qanuni təmsilçisidir.
Qeyd edək ki, Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olub. Mikayıl Manafov Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq 5 iyun 2010-cu il tarixdə iş yerində həbs edilib. Məhkəmə onun 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Mübariz Verdixanov eyni zamanda 1999-cu ildə təsis olunan “Safari” MMC-nin (VÖEN- 4700020861) və 2001-ci ildə təsis olunan “Pioneer” şirkətinin də (VÖEN- 4700023101) qanuni təmsilçisidir.
Bu işlərlə bərabər Mübariz Verdixanov 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon manat güzəştli kredit götürərək Qusarda illik istehsal gücü 5 min 400 ton olan çörək zavodu tikib.
Qusarda Mübariz Verdixanova məxsus kafe də fəaliyyət göstərir. Bundan başqa 2 il əvvəl Mübariz Verdixanov ona məxsus ərzaq mağazasında baş verən yanğınla da gündəmə gəlib.(yeniavaz.com)
A. Cəfərov