Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

7 Nömrəli Doğum Evinin baş həkimini Hacı Məmmədovun dəstəsinin rəhbəri Zakir Nəsirova bağlayan nədir?-DE-FAKTO

 

74 yaşı və qocalmasına baxmayaraq 7 saylı doğum evinin baş həkimi Leyla Seyidbəyli yaş həddinə görə işdən azad edilmir.

Həmin illərdə adıçəkilən xəstəxanalar barədə axtarış etdikdə dövri mətbuatda saysız-hesabsız yeyinti, rüşvət, korrupsiya faktlarının şahidi oluruq.

L.Seyidbəyli Nefçilər Mərkəzi Xəstəxanasının baş həkimi dönəmdə xəstəxanada gizlin şəbəkənin olduğu iddia olunurdu. Həmin şəbəkə insan və orqan alveri ilə məşğul imiş.

Bundan başqa, Leyla Seyidbəyli hazırda baş həkimi olduğu 7 saylı doğum evində həkim səhlənkarlığından bir neçə ölüm hadisəsi olub. 26 yaşlı Aytən Sadıqovanın 7 saylı Doğum Evində dünyaya gətirdiyi 3 kq 500 qram çəkili oğlan uşağı doğuşdan 45 dəqiqə sonra ölüb. Doğuşu həkim Səbinə Baharzalova yerinə yetirib.

Göründüyü kimi Leyla xanımı bu cinayətlərdən qoruyan qüvvələr var. L.Seyidbəylinin cinayətkarlığı qanunların aliliyi üstün tutulur.

Görünür ki, aidiyyatı qurumlar Leyla xanımı nə vəzifədən kənarlaşdıra, nə də cinayət məsuliyyətinə cəlb edə bilirlər.

Adam oğurluğunda, 10-dan çox qətldə adı hallanmış və ömürlük həbs cəzasına məhkum edilmiş DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinə rəhbərlik edən və ömürlük azadlıq məhrum edilən (sonradan Prezidentin əfv sərəncamı ilə cəzası 15 ilə endilirdi) Zakir Nəsirovun yaxını 7 saylı doğum evində ölücan kimi işləyir. Həmin şəxsi və digər ölücanları baş həkim Leyla Seyidbəyli himayə edir.

Sual yaranır Leyla Seyidbəylinin törətdiyi bu qədər cinayət faktlarından necə yayınır?

Əldə etdiyimiz məlumata görə uzun illər yüksək vəzifələrdə çalışmış Leyla xanımı Oktay Əsədov və Ənvər Seyidov müdafiə edir.

Uzun müddət Milli Məclisin spikeri olmuş Oktay Əsədov ilə quda və Ağır Cinayət Məhkəməsinin hakimi olmuş Ənvər Seyidovun bacısı olması 74 yaşlı baş həkimi bütün cinayət əməllərindən cəzasız qalmasına şərait yaradıb.

Məsələ ilə bağlı 7 saylı doğum evinin baş həkimi Leyla Seyidbəyli əlaqə saxladıq. Suallarımızı eşidən Leyla xanım bu məsələlərin heç kimə aidiyyatı olmadığını bildirdi və müxtəlif şəxslərə bizə zənglər etdirməyə başlayıb.(KanalS.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam