Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

2 saylı Doğum Evində növbəti biabırçılıq ''pul ver uşağın cinsiyyətin deyim''- VİDEO

 

 

 

2 saylı Doğum Evində növbəti biabırçılıq ''pul ver uşağın cinsiyyətin deyim'' - VİDEO

"Bəzən ağır vəziyyətdə olan hamilə qadınlar bir rayondan digərinə aparılır ki, bu da təhlükəli hallar doğurur"

Yenixeber.org: Səhiyyə naziri Oqtay Şirəliyev doğuşayardım xidmətinin vəziyyətinə dair keçirdiyi kollegiya iclasında doğum evlərindəki nöqsanlara toxunaraq baş həkimlərə bəzi problemləri tezliklə aradan qaldırmağı tapşırdı. Həmin iclasda qeyd olundu ki, 2012-ci ildə Azərbaycanda ümumilikdə 26 ana ölümü hadisəsi qeydə alınıb.

Oqtay Şirəliyev bu sahədəki nöqsanlardan danışıb. Nazir bildirib ki, bəzən ağır vəziyyətdə olan hamilə qadınlar bir rayondan digərinə aparılır ki, bu da təhlükəli hallar doğurur.

Sabunçu rayon 2 saylı Doğum Evində baş verən qanunsuzluqlar isə nazirin qeyd etdiyi halların yaranmasına səbəb olmaqdadır. 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında baş verənlər isə xəstə yaxınlarının kameralarından yan keçəmməyib. Sosial şəbəkədə kütləvi yayılan video görüntülər isə bunun subutu olaraq qeyd edilə bilər. İlk növbədə xəstələri mülayim şəkildə qəbul edənlər daha sonra rüşvətin pik həddini sınaqdan keçirməkdədirlər. Belə ki, sosial şəbəkələrdə xəstə yaxınlarının paylaşdığı videogörüntülərdəndə açıq şəkildə xəstələrdən bağlı qapı arxasında göstərilən xidmətdən dərhal sonra, xidmət haqqı tələb edilməkdədirlər. Qanunsuzluğun tüğuyan etdiyi xəstəxana səlahiyyətlilərinində haqq aldıqları iddia edilən məlumatda videogörüntülərdə verilən pul və qaytarılan qalıq da aydın şəkildə görsənir. Hamilə qadınların övladının cinsiyyətinin deyilməsi nazirlik tərəfindən qadağan edilməsinə baxmayaraq rüşvət qarşılığında yüksək xidmət adı altında qanunu tapdalamaq 2 saylı Doğum Evinin əməkdaşları üçün adı hal hesab edilməkdədir. ”Pul ver, uşağın cinsiyyətini deyim" deyərəkdən gün ərzində yüksək məgləğlər toplanmaqdadır. 2 saylı Doğum Evinin tək qadın məsləhətxanasında gün ərzində bu qədər qanun pozuntuları qeydə alınır. Xəstəxananın palatalarında yataq alverindən tutmuş otaq alverinə qədər uzanan rüşvətin məlumatları isə saysız hesabsızdır.(
BakuNews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam