Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Sumqayıtdakı doğum evində həkimlərdən 200, müavinlərdən isə 1000 manat pul yığılır –İCRA BAŞÇISI QOHUMUNUN TOPLADIĞI PULLARLA BİNALARI TƏMİR ETDİRİR

 

Sumqayıtın icra başçısı Zakir Fərəcovun qanunsuz əməlləri ilə bağlı mətbuatda dəfələrlə yazılıb. O cümlədən portalımıza da Z.Fərəcovun əleyhinə çoxsaylı şikayət məktubları daxil olub və haqsızlıqla üzləşən vətəndaşlar saytımız vasitəsilə ölkə başçısına müraciət ediblər.
Yenixeber.org: Bu dəfə isə Sumqayıtın icra başçısının yaxın qohumlarından birinin özbaşınalığı ilə bağlı redaksiyamıza informasiya daxil olub. Söhbət Sumqayıt şəhər 1 nömrəli Doğum Evinin baş həkimi Təranə Rəcəblinin icra başçısının tapşırığı əsasında həkimlərdən qanunsuz olaraq pul yığmasından gedir.
Bu haqda redaksiyamızı bilgiləndirən mənbə deyir ki, Sumqayıtın mərkəzi küçələrində binaların blokunu təmir etdirmək üçün sözügedən doğum evində çalışan həkimlərdən məcburi qaydada pul toplanır: “Suymqayıtdakı doğum evində “podyez”lərin təmiri üçün adi həkimlərdən, USM həkiminə qədər - adambaşına 200 AZN yığılır. Müavinlərsə 1000 manat ödəməyə məcbur edilib. Baş həkim Təranə (Rəcəbli – müəl.) Zakir müəllimin qohumudur...
 Həkimlərin yığıdığı başqa pulları anladıq, statistikadan tutmuş bələdiyyəyə qədər pul yığırlar”.
Mənbə deyir ki, maddi imkanları yaxşı olsaydı, elə öz yaşadıqları binanı təmir etdirərdilər: “Öz qaldığımız binaların təmiri pis gündədir, biz gedib başqa binaları nə üçün təmir etdirməliyik?!”
Xatırladaq ki, Sumqayıt şəhər 1 nömrəli Doğum Evinin adı bir neçə dəfə mətbuatda uşaq ölümü ilə bağlı hallanıb.(muxalifet.az)


Redaksiyadan: Gün ərzində qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam