Bakı Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Aysberq KMT” MMC (VÖEN-1003279381) olub.
Yenixeber.org: Açıqlanan rəsmi məlumatlara əsaslanaraq xəbər veririk ki, “Aysberq KMT” MMC bu ilin 15-17 dekabr tarixlərində Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçiriləcək “Fizikada müasir trendlər” mövzusunda beynəlxalq elmi konfrans ilə bağlı iş və xidmətlər təqdim edəcək.
“Aysberq KMT” MMC beynəlxalq elmi konfrans üçün xaricdən dəvət olunan 13 nəfər qonağın oteldə qalmasını, həmçinin onlar üçün nahar və şam yeməyi təşkil edəcək. Eyni zamanda konfrans üçün lazım olan digər məhsulları da (blaknot, qələm, flaş kart, tibbi maska, 72%-li spirt və s.) təmin edəcək.
Görüləcək iş və xidmətlər üçün BDU “Aysberq KMT” MMC-yə 44 min 648 manat 70 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Aysberq KMT” MMC iki ay əvvəl BDU tərəfindən keçirilən daha bir beynəlxalq tədbirdə iş və xidmətlər təqdim edib və qarşılığında 43 min 959 min manat alıb.
“Aysberq KMT” MMC 24.02.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızıdır.
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, “Aysberq KMT” MMC-yə məxsus olduğu bildirilən “iceberg.az” saytında bu şirkətin tərcümə işlərilə məşğul olduğu göstərilib. Tərcümə Mərkəzi kimi fəaliyyət göstərən MMC-nin BDU-ya müxtəlif məhsullar satması, həmçinin xarici qonaqlara otel və nahar xidmətləri göstərməsi üçün hansı təcrübəyə sahib olduğu bilinmir.
“Aysberq KMT” MMC müvafiq sahədə heç bir təcrübəsi olmadığı halda (rəsmi saytlarında elə yazılıb – red.) ötən ilin noyabr-dekabr aylarında AMEA İşlər İdarəsinə 48 min 216 manatlıq yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər satıb.
Halbuki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması lazımdır.
Diqqət çəkən başqa bir məqam isə odur ki, “Aysberq KMT” MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı daha əvvəl “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 25”-də qeydiyytda olan “Servis və Supley Ltd” MMC adlı şirkətin də direktoru olub.
Bu şirkət isə bu ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən 129 min 964 manatlıq tender müsabiqəsinin qalibi olub.
AMEA-nın tenderlərində qalib olan “Aysberq KMT” MMC və “Servis və Supley Ltd” MMC-lərin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı eyni zamanda AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yaxılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin - “Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.
O zaman məsələ ilə bağlı açıqlma verən AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimli bildirmişdir ki, o “Service and Supply Ltd.” MMC-nin qanuni təmsilçisi yox, təsisçisidir: “Şirkəti mən yaradıb başqasına həvalə etmişəm, onun işlərini idarə edən də direktordur”.
Amma çox qəribədir ki, Kəmalə Rasimli şirkətin qanuni təmsilçiliyindən bu ilin may ayının 8-də ayrılıb. Dövlət Vergilər Xidmətinin reyester məlumatlarından belə görünür ki, tender müsabiqəsi keçirilən zaman MMC-nin qanuni təmsiçisi Kəmalə Rasimli olub. Daha sonra MMC-nin həm qanuni təmsilçisi, həm də hüquqi ünvanı dəyişdirilib. Hazırda “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır. Hüquqi ünvanı isə “Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 59K, m. 390”-da yerləşir.
Belə görünür ki, Kəmalə Rasimli “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçiliyini başqasına təhvil versə də, “Aysberq KMT” MMC-nin qanuni təmsilçiliyini başqasına təhvil verməyi unudub.