Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"Bakı Metropoliteni" 3,7 milyonluq tenderi qanunsuz keçirib? – Qurum bu suala cavab vermir...

 


"Bakı Metropoliteni" QSC tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Yenixeber.org: Tender müsabiqəsinin qalibi “Baku Steel Company” MMC (VÖEN- 1501481481) olub.
“Baku Steel Company” “Bakı Metropoliteni” QSC-yə armatur və katanka satacaq. “Bakı Metropoliteni” QSC satın alacağı armatur və katanka üçün “Baku Steel Company”-yə 3 milyon 716 min 999 manat 41 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, "Bakı Metropoliteni"nin 3,7 milyon manatlıq tenderinin qalibi olan “Baku Steel Company”nin dövlət büdcəsinə 2 milyon 209 min 386 manat vergi borcu var.
Qeyd edək ki, tender müsabiqəsinin nəticəsi açıqlanan zaman (21.09.2021-ci il)  “Baku Steel Company”nin vergi borcu 6 milyon 30 min 36 manat 28 qəpik olub.
Maraqlıdır ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Lakin, bu tələblərə baxmayaraq hazırda dövlət büdcəsinə böyük həcmdə vergi borcu olan “Baku Steel Company” tenderin qalibi elan olunub.
Eyni zamanda qeyd edək ki, tender müsabiqəsilə bağlı məlumatlar dövlət satınalmaları vahid internet portalına yerləşdirilməyib. 
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən münasibət öyrənməyə çalışsaq da bu mümkün olmadı. Qurumun mətbuat xidmətinin rəhbəri yazılı müraciət etməyimizi tələb etdi. Yazılı müraciətimizə isə 2 həftədən atıq müddət keçsə də cavab verilməyib.
Onu da bildirək ki, “Baku Steel Company” şirkətinin sabiq direktoru Rasim Məmmədov bu ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Mətbuatda yayılan məlumatlarda bildirilir ki, Rasim Məmmədov AMEA prezidenti Ramiz Mehdiyevin oğlu - fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevin və kürəkəni İlham Əliyevin şikayəti əsasında saxanılıb. Rasim Məmmədovun bu şəxslərlə biznes şərikliyinin olduğu bildirilir.


 A. Cəfərov(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam