Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Alqış Həsənoğluna alqış düşürmü? - "Yeni Azərbaycan"da nə baş verir?-ARAŞDIRMA

 

"Yeni Azərbaycan" qəzeti redaksiyasında jurnalistlərə qarşı qovhaqov baş verir. Prezidentin sabiq köməkçisi olmuş Əli Həsənova yaxınlığı ilə seçilən konkret şəxslər sanki jurnalistlərin hakimiyyətdən narazı salınmasına çalışırlar.
Yenixeber.org: Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə, Azərbaycanda media sahəsində baş verən xoşagəlməz olaylar fonunda ölkədə jurnalistlərin narazılığını artıran redaksiyaların sırasına hakim partiyanın (YAP) rəsmi ruporunun da qoşulması acı təəssüf doğurur.
Aldığımız bilgilərdən aydın olur ki, ötən ayın 10-da YAP rəhbərliyinin qərarı ilə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru təyin edilən Alqış Həsənoğlu redaksiyaya gələr-gəlməz köhnə kollektiv üzvlərinə qarşı aqressiya sərgiləməkdədir.
Jurnalistlər binasında yaşayan həmkarların verdiyi məlumata görə, Alqış bəyin bu qəzetə baş redaktor təyinatının ardından özünü redaksiyaya yetirən qəzetin keçmiş xanım əməkdaşı, vaxtilə sabiq köməkçi Əli Həsənovun çevrəsində aktiv təmsil olunan bir qadın baş redaktorun xeyir-duasına sığınaraq redaksiyada genişmiqyaslı "islahat"lara başlayıb. Ağına-bozuna baxmadan qəzet kollektivinin başdan ayağa dəyişdirilməsini qarşısına məqsəd qoyan xanım jurnalist artıq özfəaliyyəti nəticəsində aralarında əməkdaş jurnalistlərin də bulunduğu kollektivin tən yarısını pərən-pərən saldırıb. Kollektivdə təmsil olunanlar kütləvi şəkildə işdən çıxmağa məcbur edilib.
"Yeni Azərbaycan"-da baş verənlər barədə aldığımız məlumatlardan aydın olur ki, bütün əməkdaşların "təmizlənməsi" prosesi aparılır. Gələn gündən redaksiyada "terror" əsdirən bu qadının müxtəlif təzyiq və təsir metodlarına əl atması nəticəsində peşəkar jurnalistlər hamılıqla digər redaksiyalarda özlərinə iş axtarmaq məcburiyyətində qalıblar. 
Bir sıra düşüncə adamları da düşünürlər ki, hakim partiyanın orqanı olan redaksiyada illərlə çalışmalarına rəğmən işlərindən olan jurnalistlərin pandemiyanın da yaratdığı çətin dövrdə heç bir səbəb göstərilmədən işdən çıxarılması, jurnalist ailələrinin çörəksiz qalması iqtidarın siyasətini təbliğ edən qələm adamlarının hakimiyyətdən narazı salınmasına hesablanmış təxribat da ola bilər. Əli Həsənovun atrafinda hərlənən, ona yaxınlığı ilə seçilən şəxslərin bəzi media orqanlarında bu tip fəaliyyəti jurnalistləri hakimiyyətə qarşı süni narazılığına hesablanması ehtimalı reallıqla səsləşən haldır. Sözsüz ki, Əli Həsənovun "vurulduqdan" sonra hakimiyyətə qarşı "çəpəki" mövqeyə çəkilməsi, iflic vəziyyətə saldığı media mühitində hələ də bir sıra iyrənc planlara əl ata bilməsi təəssüf ki, inandırıcıdır...
Mövzunu davam etdirəcəyik...(demokratik.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam