Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

PROBLEM SÖZÜNÜ EŞİDƏNDƏ BAŞI AĞRIYAN MƏMUR VƏ…

alqisAlqış HƏSƏNOĞLU

Möhtəşəm və qürur verici bir səhnədir!

İctimai fikrə əvəzsiz kalorit təlqin edən bir fraqment.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı şəhid anasına ali bir ehtiramla yaxınlaşır…

Əlbəttə, prezidentin idarəçilik fəaliyyətində bu bir ilk deyil.

Demək olar ki, prezidentin bütün çıxış və müsahibələrində məmur-vətəndaş münasibətləri xüsusi yer tutur.

İlham Əliyev yalnız məmur davranışlarına dair normativləri səsləndirmir, direktivləri müəyyən etmir.

Həm də praktik nümunə göstərir, cəmiyyətə və daha cox öz siyasi və iqtisadi komandasının istifadəsinə işlək texnologiyalar verir.

“Xalqın birinci xidmətçısı mənəm, bütün məmurlar da belə işləməlidir” – deyən dövlət rəhərinin şəhid ailələri ilə görüşundə çəkilmiş bir fotonun təəssüratı və yaydığı energetika bir neçə cəhətdən cəlbedicidir…

eliyev-sehidler1

1) Bir daha təsdiq olundu ki, Azərbaycan şərq ölkəsi olduğu üçün burada ictimayi düşüncə yeni çəkilmiş minlərlə kilometr asfalt yollarla, nəhəng tikinti layihələriylə və sair saysız-hesabsız təsərrüfat uğurları, bəzən də yorucu statistik göstəricilərlə deyil, daha çox emosiyalarla qidalanır və idarə olunur.

Və Azərbaycanın hazırki, ictimai əhvalı-ruhiyyəsi bu cür qeyri-standart aktlara təşnədir…

2) Xalq elə bir fenomendir ki, onun sağını, solunu, arxasını, önünü (heç bir istiqamət üzrə) bir an belə boş qoymaq olmaz.

Boşluqlar olacaqsa, həmən boşluqları doldurmaq üçün “mənim kimsəsiz, köməksiz, diqqətdən kənarda qalmış yazıq xalqım” (“Oğlunun qanpulunu ala bilməyən şəhid anası” və sair) deyə, şüvən qoparan boşboğaz iddiaçılar tapılacaq və təəssüf ki, tapilır da…

3) Prezident, vurğuladığmız kimi, iqtidara rəğbət qazandıran texnologiyaları əyaniləşdirir, məmurlara istiqamət verir – problemli, dərdli insanın üstünə yox, yanına getmək, onu dinləmək gərəkdir…

Bəzən bir xoş söz, bir isti münasibət istənilən aqressiyanı asanlıqla zərərsizləşdirə bilir. İncikliyin siyasi enerjiyə çevrilməsini əngəlləyir…

4) Problemdən qacmaq yox, onü müzakirə etmək vacibdir. Ola bilər ki, onun həll mexanizmi hələ ki, tapılmasın. Hər halda vətəndaş görməlidir ki, onu məşğul edən qayğılar diqqət mərkəzindədir.

Amma bu barədə fərqli və həm də daha çox utancvericiırıcı şayiələr gəzir.

Danışırlar ki, (Görünür, əsaslar olmamış deyil. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz. Xəbər sızmayan yerdən şayiə cücərməz) bəzi yüksək çinli məmurlar tabeliyində olan əməkdaşlara problemli məsələlərin onlara məruzə edilməməsiylə bağlı qəti göstəriş veriblər: “Problem sözünü eşidəndə başım ağrıyır. Məni narahat eləməyin…”

Ayda ildə bir dəfə hansısa problem nəzərə çatdırılanda isə cavab belə olur. “Baxın, görün neynəyirsiniz”.

Heç kim heç kimin əvəzindən baxıb görə bilməz.

Bu cür məmur tipi ocaq başında əyləşən düşmən mislindədir.

Başın ağriyir, ərizə yaz, get otur evində. Başına da bir yekə dəsmal bağla…

5) Məmurlar öz fəaliyyətlərinə yaradıcı elementlər əlavə etməlidirlər.

Təbii ki, məmur icraçıdır. Yuxarıdan gələn direktivləri redaktə edə bilməz və etməməlidir.

Amma biz bu gün bir gerçəkliklə üz-üzə dayanmışıq.

“Yeni impuls, qeyri-adi yanaşma gərəkdir”.

6) Kabinetlərdən çıxmaq lazımdır!…

Yeri gəlmişkən, görəsən, İsmayıllı rayon rəhbərliyi müasir ədəbiyyatımıza böyük xidmətlər göstərmiş Musa Yaqubla, onun səhhətilə maraqlanırmı?…

Maraqlanıbsa, çox yaxşı. Maraqlanırsa və bu ictimailəşmirsə, çox pis…

Təsəvvür edin, PA humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva İsmayıllıya gəlib şairə baş çəkir. Və AzTV-də bu barədə süjet gedir…

Və ya bəlkə də ömrünün son günlərini yaşayan Musa Yaquba “Xalq şairi” adı verilir…

Və ya Heydər Əliyevin bağışladığı evdə yaşayan Ramiz Rövşən “Xalq şairi” adı ilə təltif olunsa, iqtidar sahibini kim qınaya bilər ki?

Həm də çox məntiqli bir qərar olardı.

İlk baxışda yersiz görünə bilər.

Ancaq ictimai fikrə təravət və sağlam emosiya gətirə biləcək bu cür addımlara cəmiyyətin bütövlükdə əşhədü ehtiyacı var…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam