“Meliorasiya və Su Təsərrüfatı” ASC-də “Cavad mafiyası”- “Mafiya”nın başında ASC-nin sədr müavini Zakir Quliyev və Elman Nuriyev durur/DE-FAKTO
Zakir Quliyevin qohumu, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev icra başçısı olmaq istəyir…
Yenixeber.org: Məlumat üçün qeyd edək ki, 1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
O, 2006-cı ildə isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini təyin olunanda yaxın qohumu-xalası oğlu Elman Nuriyevi öz yerinə, yəni Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib.
Bu idarədə KORRUPSİYANIN MİQYASINI aydın təsəvvür etmək üçün onu da qeyd edək ki, bu idarəyə respublikamızın Gürcüstanla sərhədlərindən başlayaraq Xəzər dənizinə kimi 1595 kilometr uzunluqda axan Kür çayı boyunca bəndlərinin istismarı, təmiri, möhkəmləndirilməsi, çay yataqlarının lildən təmizlənməsi işlərinin həyata keçirilməsi aiddir.
Bu məqsədlə hər il dövlət büdcəsindən külli miqdarda vəsaitlər ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti idarədə təyinatı üzrə xərclənmir.Yəni, müəyyən işlər üçün ayrılan dövlət vəsaitləri bilərəkdən şişirdilir, israfçılığa yol verilir ki, nəticədə də Elman Nuriyev rayonun, hətta respublikanın ən varlı adamlarından birinə çevrilib.
Elman Nuriyev hər il çay yataqlarının lildən təmizlənməsinə ayrılan milyonlarla vəsaitləri təyinatı üzrə xərcləsəydi...Kür ətrafında bu boyda daşqınların, sellərin, fəlakətin miqyası bu dərəcədə olmazdı.
Təsəvvür edirsiniz, Elman Nuriyev bəndlərə vurulan torpaqları elə bəndin yanından götürür, bu isə su bəndlərinin davamlılığını azaldır və daşqınlar baş verir. Amma...
Amması odur ki, Elman Nuriyev bəndə vurulan torpaqların guya daha uzaq məsafədən
gətirlməsini sənədləşdirərək külli miqdarda dövlət vəsaitini mənimsəyir.
Daşqından sonra isə Allah qoymasa, Elman Nuriyev dövlətdən əlavə vəsait alır. İndi gördünüzmü, bir bəndə görə, dövlətdən neçə dəfə pul alınır və silinir.
Onu da qeyd edək ki, Elman Nuriyev vəzifəyə təyin olunan kimi öz qohum-əqrəbasını Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsində işlə təmin edib. Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib. Yəni, bu idarədə çalışanların tam əksəriyyəti rayonun Cavad kəndindəndir.
Elman Nuriyev idarəyə məxsus texnikaların ehtiyyat hissələrini əksər hallarda qardaşı Saleh Nuriyevə məxsus mağazadan alır. Büdcədən maşın və mexanizmlərin ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsait, məhz idarə rəisinin qardaşına məxsus mağaza üzərindən nağdılaşdırılır. Bundan əlavə idarəyə verilən ehtiyyat hissələri, yanacaq və sürtgü yağları, “solyarka” satılaraq Elmanın cibinə gedir.
Elman Nuriyev Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən keçirilən tenderləri ancaq öz yaxınlarına hədiyyə edir və öz “otkat”ını alır.
Təsəvvür edin ki, daş-betonla sahilbərkitmə işləri üçün təkcə bir şirkətə 10 milyondan artıq pul keçirilib.
Bu hələ bir şirkətdir.
Elman Nuriyev idarəyə məxsus texnikanı, avadanlıqları istədiyi şirkətə pulla satır.
Elman Nuriyev daha bir cinayət əməlinə imza atır. Belə ki, idarənin işçilərinə sənədlərdə 800 manat maaş yazılsa da 400 manat verilir. Yəni hər bir işçinin maaşından 400 manat Elman Nuriyevin cibinə gedir. Bu işləri isə Elmanla şərik olan mühasib Natiq həyata keçirir. Bu Natiq o qədər varlanıb, harınlayıb ki, oğlu başqalarının maşınlarını yandırır, adamlara hədə-qorxu gəlir.
Elman Nuriyevin başqa bir pul yığanı isə 1970-ci il təvəllüdlü mexannik Əşrəfdir. Onun atası uzun müddət idarədə “zapravşik” işləyib. Əşrəf də çox işçilərə deyir ki, otur evdə, ayın axırı gəlib 700 manata qol çəkib 300 manatını alarsan. Təsəvvür edirsiniz, 600 işçidən hər ay 400 manat mənimsəyən Elman bir ayda 600 x 400 = 240000 manat pulu mənimsəyir. Bu təkcə əmək haqqından gələn puldur.
Amma bu boyda cinayətləri törədən Elman hər yerdə deyir ki, mən kiməm ki, bu işlərin sahibi Zakir Quliyevdir.
Bir sözlə, Zakir Quliyevə arxalanan Cavadlılar heç icra başçılarını da saymır.
Onu da qeyd edək ki, Zakir Quliyev öz yeznəsi Əflan İsmayılovu da Sabirabad Suvarma Sistemləri idarəsinin müdiri təyin etmişdi. O, indi rəhmətə gedib və onu Şafiq müəllim əvəz edir. Məlumata görə, həmin idarəni və Sabirabad Mexaniki Suvarma Sistemləri İdarəsini ( müdir Mirəlif Əzizov) birlrəşdirib Elman Nuriyevin tabeçiliyinə verəcəklər. Bu barədə Zakir Quliyev şəxsən qohumu Elmana söz verib.
Bəli, Elman Nuriyevi bölgədə kral kimi tanıyırlar. Elman Nuriyevin oğlu cibində 100-lük “paçka”ları çıxardaraq camaata özünü nümayiş etdirir.
Hansı ki, Elman Nuriyev ASC-yə işə düzələndə bir sarı, "siniq-salxaq" 011 Jiqulidə gəlib-gedirdi. Bu gün Elmanın ailəsinin bahalı avtomovil kolleksiyası ( avtomobillərin nömrəsi 422 ), marketləri, Sabirabadda “stroy material” mağazaları var.
Hələ bu harasıdır ?
Kral Elman Nuriyev Cavad yolunun üstündə özünə ŞAMLIQ şadlıq sarayı tikdirib. Özü də bu restoran-şadlıq sarayını 44 günlük müharibə dövründə, şəhidlərimizin qanı axan zamanda tikdirib.
Zakir Quliyevlə xalası oğlu Elmanın Çuxuryurddakı qoşa villaları isə milyonlara başa gəlib.
Bir sözlə, Zakirin və Elmanın Sabirabadda, Cavadda, Bakıda evlərinin, obyektlərinin sayı bilinmir.
Zakir Quliyevin rayondakı fermaları, qoyun sürüləri, balıq vətəgələri isə başqa bir yazının mövzusudur.(günelik-bakı.com)