Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hüseynbala Mirələmovun XİN-də işləyən oğlunun adı qalmaqalda-ARAŞDIRMA

“1001 gecə” restoranının yaxınlığında qanunsuz tikinti işlərinə görə Rauf Mirələmovdan polisə şikayət olunub

Yenixeber.org: Sabiq deputat Hüseynbala Mirələmovun oğlu Rauf Mirələmov barədə polis orqanlarına şikayət edilib. Rauf Mirələmovun “1001 gecə” restoranının yaxınlığında qanunsuz tikinti işləri aparması ilə bağlı mediada yayılmış məlumatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti təsdiq edib. Bildirilib ki, məsələ ilə əlaqədar ərazidə monitorinq aparılıb, akt tərtib olunub və tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.

Xatırladaq ki, daha əvvəl məlumatda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ərazidə araşdırma apardıqdan sonra qeyri-qanuni olduğu müəyyənləşən tikinti işləri ilə bağlı Rauf Mirələmova xəbərdarlıq edilməsinə baxmayaraq, qarşı tərəfin buna məhəl qoymadığı qeyd edilib. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti polisə müraciət edib.

Rauf Mirələmov Xarici İşlər Nazirliyində çalışır və adı ilk dəfə deyil ki, qalmaqalda hallanır. 2019-cu ilin iyununda Rauf Mirələmovun adı 119 min manatlıq borc məsələsində hallanmışdı. Məlum olmuşdu ki, Xarici İşlər Nazirliyinin diplomatı Rauf Mirələmov “Rabitəbank”dan götürülən 99 min manatlıq kreditin zamini olub. O zaman bankın qaldırdığı iddiada cavabdeh qismində Rauf Mirələmovla yanaşı, onun dayısı Elman Şiriyev, onun həyat yoldaşı və iki övladının da adı vardı. Yasamal Rayon Məhkəməsi bankın iddiası əsasında 119 min manatlıq tələbin 101 min manatını təmin edib.

Məhkəmənin qərarına əsasən, Rauf Mirələmov və qohumlarından 101 min manat tutulub banka ödənilməli idi. Bu borcun ödənilməsi məqsədilə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən mənzilin və Lənkəranda şəhər mərkəzində yerləşən obyektin (səsyazma studiyası) açıq hərracda satılmasına da qərar verildi. Bankla deputatın qohumları arasında çəkişmənin səbəbinə gəlincə, Rauf Mirələmovun dayısı Elman Şiriyev bankdan vaxtilə 99 min manat kredit götürüb. Həmin vaxt Rauf Mirələmov onun üçün zamin olub. Diplomatla bank arasında zaminlik müqaviləsi bağlanıb. Bu borcun cəmi 4200 manatı qaytarılıb. Kredit öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar əsas borc, faiz borcu, cərimə borcu və s. birlikdə toplanıb və bank vəsaitin ödənilməsi üçün məhkəməyə müraciət edib. Rauf Mirələmov və qohumları Yasamal Rayon Məhkəməsinin 101 min manat tutulması, əmlakların müsadirəsi ilə bağlı qərarından apelyasiya şikayəti verib. Amma qərar dəyişməyib. Sonradan məsələyə Ali Məhkəmə baxıb, bu instansiya da aşağı məhkəmələrin gəldiyi nəticəni doğru hesab edib.

Hüseynbala Mirələmovun övladları kimlərdir? - FOTOLAR | KONKRET

Rauf Mirələmov

Mirələmovlara məxsus “1001 gecə” istirahət mərkəzi dəniz sahilində yerləşməklə qanlı “razborka”ların olduğu məkan kimi də tanınır. 2012-ci il iyulun 17-də, o zaman deputat olan Hüseynbala Mirələmovun istirahət mərkəzində qanlı olay baş vermişdi. Həmin gün Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov Ramal Bayramovu odlu silahdan açdığı atəşlə qətlə yetirib, Səməd Mənsimovu isə yaralayıb. Bu qanlı olaydan bir neçə ay əvvəl isə Ramal Bayramova digər bir şəxs atəş açıb. Həmin vaxt Ramal Bayramov təsadüf nəticəsində sağ qalıb. Ramal Bayramovun əmisi Atlıxan Bayramov prezidentə müraciət edərək Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun, ondan başqa Paşa Paşayevin həbs olunmasını istəyib. Müraciət müəllifi qardaşı oğlunun ölümündə günahkar şəxslərin istintaqdan yayındırıldığını açıqlayıb: “Paşa Paşayev qardaşım oğlunu öldürmək məqsədilə vurub qaçdıqdan sonra o, xəstəxanada xeyli müalicə olundu. Sağaldıqdan sonra Ukraynaya gedib bir müddət orada yaşadı. 6 iyul 2012-ci ildə oradan qayıtdı. 10 gün sonra Milli Məclisin deputatı Hüseynbala Mirələmovun oğlu, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin rəisi Fərid Mirələmov və deputatın qardaşı oğlu Rəşad Mirələmov əvvəlcədən əlbir olaraq, silahlı dəstə yaradaraq mərhum Ramalı ”1001 gecə"yə çağırıblar. Orada isə məlum hadisə baş verib. Fərid Mirələmov cinayət baş verərkən, yuxarıda qeyd etdiyim kimi, polis bölməsinin rəisi olub. Fərid Mirələmov polisə işə götürülərkən dövlət tərəfindən üzərinə asayişin keşiyində durmaq vəzifəsi qoyulub və and içib ki, öhdəsində olan vəzifəni namusla yerinə yetirəcək. Hesab edirəm ki, Fərid Mirələmov əmisi oğlu ilə özlərinə məxsus olan “1001 Gecə” restoranına Ramalı çağıraraq öldürməklə sifariş yerinə yetiriblər. Fərid Mirələmov əvvəlcədən əmisi oğlu Rəşad Mirələmovda qanunsuz odlu silahın olduğunu da bilib. O, bir polis rəisi və polis zabiti kimi birmənalı olaraq vəzifəsindən istifadə edərək törədiləcək hadisənin qarşısına ala bilərdi".

Bu cinayətdən sonra Fərid Mirələmov sərəncama götürülmüş, Rəşad Mirələmov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilmişdi.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam