Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

BİR ZƏNGDƏN BAŞLAYAN CİNAYƏT... –Dələduzlar vətəndaşların pullarını necə oğurlayırlar?

Azərbaycanda kibercinayətlərin sayı getdikcə artır. Xüsusilə də son günlər ölkədə internet dələduzluğunun yeni növü geniş yayılıb. Belə ki, vətəndaşlara telefonla zəng edilir və özlərini bank işçisi kimi təqdim edən şəxslər onların şəxsi məlumatlarını istəyir. Əvvəllər bu kimi hallar "Whatsapp" üzərindən olurdusa, hazırda daha inandırıcı görünmək üçün birbaşa zənglər edilir.

 

Yenixeber.org: Sosial şəbəkələrdə bu dələduzluqla üzləşmiş şəxslər cinayətkarların necə “işlədiklərini” təsvir ediblər: telefona zəng edilir və bank xidmətlərində olduğu kimi sizdən Rus və Azərbaycan dili bölmələrindən birini seçməyiniz istənilir. 

Seçiminizdən aıslı olaraq, qarşı tərəf həmin dildə danışır və bu yolla sizi bir növ tələyə salmış olur. İnsanların çoxu, əsasən də yaşlılar elə ilk addımdaca belə zənglərə aldanırlar. Və onların texnoloji biliklərinin azlığı dələduzların işini daha da asanlaşdırır. Zəng edən şəxs özünü bank əməkdaşı kimi təqdim etdikdən sonra kart məlumatlarının təhlükədə olduğunu və bir sıra əməliyyatların aparılmasının vacibliyini bildirir. Vətəndaş aldanaraq şəxsi məlumatlarını verən kimi, dələduzlar hesabdakı vəsaiti dərhal oğurlayır.

Qeyd olunur ki, belə zənglər daha çox "Kabital Bank", "Unibank", "Paşa Bank" və "Beynəlxalq Bank" müştərilərinə gəlir. Müştəriləri müəyyənləşdirmək isə hakerlər üçün elə də çətin olmur. 

 

 

Azərbaycandakı saytların əksəriyyətinin müdafiəsi zəifidr və asanlıqla keçilə bilir. Təəssüf ki, kommersiya qurumlarında məlumatların qorunmasına elə də ciddi önəm verilmir. Belə saytlarda vətəndaş hansısa əməliyyat həyata keçirən zaman sistemə bank məlumatlarını daxil edir. Həmin məlumatlar sistemin yaddaşında qalır. Hakerlərsə ilk addımda həmin saytı ələ keçirir və nəticədə vətəndaşın şəxsi məlumatlarını, telefon nömrəsini, İP ünvanını, bank məlumatlarını öyrənmiş olurlar. Şəxs barəsində yetərli məlumat topladıqdan sonra müştərilərə zənglər başlayır.

Sözügedən problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NYRTN) Elektron Təhlükəsizlik Xidmətindən(ETK) bildirildi ki, bu kimi təhlükələr barədə vətəndaşlar mütamadi olaraq məlumatlandırılır və maarifləndirilir. 

 

 

"Kiberdələduzlar bir sıra bankların texniki dəstək xidmətinin adından sui-istifadə edərək vətəndaşların bank məlumatlarını ələ keçirməyə çalışırlar. Geniş yayılmış bu hücumlarda kiberdələduzlar öz kimliklərini gizlətmək üçün müxtəlif proqramlardan istifadə edərək qarşı tərəfə telefon nömrələrini istədikləri şəkildə göstərə bilirlər. Əslində isə zəng tam fərqli nömrədən həyata keçirilir.

Bu səbəbdən vətəndaşlardan xahiş olunur ki, bu kimi zənglərə qarşı maksimum dərəcədə diqqətli olsunlar, ekranda hansı nömrənin əks olunmasından asılı olmayaraq heç bir halda qarşı tərəfə bank məlumatlarını və digər fərdi məlumatlarını təqdim etməsinlər. Bu kimi zənglər və ya mesajlar aldıqda, ilk öncə başqa vasitələrlə həmin bank və ya müəssisə ilə əlaqə saxlayaraq məlumatın düzgünlüyünü yoxlasınlar. 

Xüsusilə, bank kartlarının şəklini çəkməklə qarşı tərəfə ötürmək, telefona gələn təsdiqləmə kodlarını (OTP) digər şəxslərlə paylaşmaq sizə maddi zərər dəyməsi ilə nəticələnə bilər. Kart hesab nömrəsi, etibarlılıq müddəti, CVV kodu (kartın arxa hissəsindəki üçrəqəmli kod), həmçinin təsdiqləmə kodlarını əldə edən şəxs asanlıqla hesabınızdan vəsait çıxara bilər", - deyə xidmətdən verilən məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, vətəndaşlar şübhəli hallarla üzləşdikdə və ya metodiki dəstəyə ehtiyac duyduqda, www.sert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə ETK-yA müraciət edə bilərlər.

 

 

Ekspertlər isə qeyd edirlər ki, əslində sadə üsullarla bu kiberhücumlardan qorunmaq mümkündür. Bunun üçün aşağıdakı qaydaları bilmək vacibdir:

- Kompüterinizdə brauzer və antivirusun yenilənmiş vəziyyətdə olmasından əmin olmağınız vacibdir.

- İctimai kompüterlərdən istifadə etdikdən sonra, brauzerləri bağlayın və yaxud daxil olduğunuz veb səhifələrdən çıxış edin. Bu, başqa bir istifadəçinin “geriyə düyməsini” basaraq, sizin şəxsi məlumatlarınızı aşkar etməsinin qarşısını alır.

- Şəxsi hesab məlumatlarınızı (kartınızın parolunu, nömrəsini) e-poçt və ya telefonla heç kimə deməyin və ya göndərməyin.

- Tanımadığınız şəxslərə və ya şirkətlərə öz hesab kartınızın məlumatlarını göndərməyin. Məlumdur ki, məhşur e-poçt fırıldaqçılıq formalarından biri “fişinqdir”. Bu cür e-poçtlar sizdən kart hesab məlumatlarınızı istəyir və ya sizi saxta veb səhifəyə yönləndirir. Beləliklə, öz hesab məlumatlarınızı saxta səhifəyə daxil etməyinizlə, şəxsi məlumatlarınız oğurlanmış olur.

- Xəbərdarlıq mesajı xidmətindən istifadə edin. Belə ki, bu xidmətdən istifadə etdikdə bank hesabınıza edilən müdaxilələr barədə sizə xəbərdarlıq mesajı göndəriləcək.

- Kredit kartınızın parolunu və nömrəsini elektron poçt hesabınızda və yaxud kompüterdəki fayllarda saxlamayın.

Unutmayın ki, heç bir bank öz müştərisindən telefon vasitəsilə şifrə, təsdiqləmə kodu kimi məlumatlar təqdim etməsini tələb etmir. Əksinə, bu məlumatlar məxfi saxlanılmalı və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır.

 

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam