Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Xanhüseyn Kazımlının külli miqdarda vergidən yayındığı iddia olunur-TƏFƏRRÜAT

Keçmiş deputat Xanhüseyn Kazımlının adının hallandığı 56 min manatlıq dələduzluq olayının yeni təfərrüatları məlum olub.

Yenixeber.org: Xanhüseyn Kazımlı sahibkar Elşən Ələkbərovun təsis etdiyi “Balaca Günəş” MMC-ni ələ keçirdikdən sonra bu şirkət vasitəsilə müxtəlif sövdələşmələr həyata keçirib və külli miqdarda vergidən yayınıb. Məlumat üçün deyək ki, “Balaca Günəş” MMC qum, çınqıl və gips istehsalı ilə məşğuldur.

Elşən Ələkbərovun sözlərinə görə, “Balaca Günəş” MMC-nin istifadəsində olan Keçiqaya gips yatağından ən azı 300 min ton gips çıxarılıb: “Bu torpağın təyinatı dəyişdirilmişdi. Bunu edən isə “Norm” şirkəti idi. Şirkət həmin ərazidən daş karxanası kimi istifadə etmək istəyirdi. Lakin keyfiyyət onları qane etmədiyindən əraziyə olan iddialarından çəkildilər. Nəzərinizə çatdırım ki, dağ-mədən işlərində mədən vergisi tutulur. Xanhüseyn Kazımlı bizimlə ortaq olandan sonra dedi ki, ərazini özümüz istismar edəcəyik. MMC-ni tam ələ keçirdikdən sonra orada partlayış işləri apardılar. Minimum 300 min ton gips daşı çıxarıblar. Ərazi istismar olunan dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən onlara hər hansı irad bildirilməyib. Bunlar qazma işləri apardıqları yeri sonradan torpaqla bağlayıb belə görüntü yaradıblar ki, guya burada heç nə yoxdur”.

Elşən Ələkbərov bildirib ki, ərazidən çıxarılan gips “Norm” və başqa şirkətlərə satılıb: “Bu şirkətlərlə müqavilələr necə bağlanıb, bilmirəm. Çünki şirkətin alqı-satqısı tam baş tutmadığına görə möhür məndədir. Hətta “Texnikabank”da “Norm” şrkətinin “Balaca Günəş” MMC-yə ödədiyi məbləğ qeydə alınıb. Alqı-satqı əməliyyatlarında “Balaca Günəş” MMC-nin adı keçsə də, bu qanunsuzdur. Çünki şirkətin direktoru mənəm, möhür məndədir. Onlar necə müqavilə bağlaya bilərlər? Təsəvvür edin, bu əməliyyatlardan nə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, nə Vergilər Nazirliyinin, nə də direktorun xəbəri var. Hesablardan pul necə çıxarılıb bəlli deyil”.

Elşən Ələkbərov deyib ki, Xanhüseyn Kazımlı Keçiqaya gips mədənindən ən azı 500 min manat gəlir əldə edib. Amma bunun vergisi verilməyib.

Məsələ ilə bağlı Xanhüseyn Kazımlı ilə əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab ala bilmədik. Keçmiş deputat sualı dinləyib “2 saat sonra cavab verərəm” desə də, telefonu söndürdü.

Belə olan halda, keçmiş deputatın qızı, Xanhüseyn Kazımlının təsis etdiyi Sosial Rifah Partiyasının sədri Əsli Kazımovaya müraciət etmək məcburiyyətində qaldıq. Əsli Kazımova da sonradan əlaqə saxlayacağını bildirdi. Növbəti zəngdən sonra isə mətbuat katibinin bizimlə əlaqə saxlayacağını dedi. Lakin Əsli xanımın mətbuat katibi ilə danışmaq mümkün olmadı.

Xatırladaq ki, Elşən Ələkbərov “Balaca Günəş” MMC-ni təsis etdikdən sonra Xanhüseyn Kazımlı şirkətə ortaq olub. Daha sonra isə o, MMC-ni Elşən Ələkbərovdan satın almaq istədiyini bildirib. Tərəflər 180 min manata razılaşıblar. Xanhüseyn Kazımlı pulun müəyyən hissəsini ödəyib və Elşən Ələkbərova 56 min manat borclu qalıb.

Sahibkar uzun illərdir pulunu tələb etsə də, keçmiş deputat borcunu ödəmək istəmir. Yeri gəlmişkən, alqı-satqı müqaviləsi Xanhüseyn Kazımlı deputat olduğu üçün oğlu Samir Kazımlı ilə bağlanıb və Elşən Ələkbərov Samir Kazımlını da bütün məhkəmə instansiyalarında məğlub edib.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam