Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Xanhüseyn Kazımlının Prezidentə müraciəti yayıldı – Köməkçisindən açıqlama

Xanhüseyn Kazımlının Prezidentə müraciəti yayıldı –<span xss=removed>Köməkçisindən açıqlama</span>

Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlının Prezident İlham Əliyevə müraciəti yayılıb.

Yenixeber.org: Müraciət Milli Məclisin rəsmi blankında göndərilib. Xanhüseyn Kazımlı Prezidentdən qızı Əsli Kazımovanın onun yerinə parlament seçkilərində iştirak etmək üçün icazə istəyir. Lakin müraciətdə imza və tarix qeyd olunmayıb.

Səhər saatlarında isə məlumat yayılmışdı ki, Əsli Kazımova 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürüb. Onun sənədləri dünən DSK-ya təqdim olunub.

Xanhüseyn Kazımlının köməkçisi Zaur İsgəndərov Yenisabah.az-a bildirib ki, deputat Prezidentə qızının namizədliyini irəli sürməsilə bağlı müraciət olmayıb. “Belə bir müraciət yoxdur. Olsaydı, mənim də məlumatım olardı. Yayılan müraciət saxtadır. Ola bilər kimlərsə özündən yazıb”, - deyə Zaur İsgəndərov bildirib.

Əsli Kazımovanın namizədliyini irəli sürüb-sürməməsinə gəlincə, Zaur İsgəndərov bu barədə məlumatlı olmadığını bildirib: “Mən onunla işləmirəm, heç bir əlaqəm yoxdur. Ona görə də bu barədə məlumatlı deyiləm”.

Xanhüseyn Kazımlının özü isə parlament seçkilərinə qatılmayacaq. Zaur İsgəndərlinin sözlərinə görə, onun seçkilərdə iştirak etmək niyyəti yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam