Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Təxribatların arxasındakı maraq: Münaqişənin bitməməsi kimlərə lazımdır –TƏHLİL

Təxribatların arxasındakı maraq:    Münaqişənin bitməməsi kimlərə lazımdır –    TƏHLİL
II Qarabağ müharabisənin başa çatmasını simvolizə edən 10 noyabr bəyannaməsinin imzalanmasından sonra Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Qarabağ münaqişəsinin həll olunaraq, tarixə qovuşduğunu, artıq yeni quruculuq mərhələsinin başladığını bildirib. İlham Əliyevin müxtəlif görüş və çıxışlarda bu tezisi təkrar-təkrar vurğulaması regionda münaqişənin qalmasından dividend qazanmağa çalışan qüvvələrə bu fikirdən daşınmaları üçün tövsiyə kimi də qəbul edilə bilər.
Yenixeber.org: Bununla belə, son günlərdə işğaldan azad olunmuş bölgələrdə təxribatların baş verməsi və digər qızışdırıcı addımlar, bəyanatlar regionda sülhün əldə olunmasını istəməyən qüvvələrin varğını göstərən faktorlardır.

ABŞ və Rusiya prezidentləri arasında Cenevrədə baş tutan görüşdə II Qarabağ müharibəsinin nəticələri və postmünaqişə dövrünün tənzimlənmə məsələlərinin müzakirə olunduğu şübhəsizdir. Güman ki, məsələ ətrafında müəyyən razılıq da əldə edilib. Bölgədəki təxribatları bu razılaşma ilə barışmayan, 30 ildir regionda formalaşdırdıqları təsir güclərini itirmək istəməyən qüvvələrin demarşı kimi də qiymətləndirmək olar.

Bir sıra ekspertlər bildirirlər ki, bölgədə qeyri-sabit vəziyyətin mövcudluğu Moskvanın hərbi iştirakına haqq qazandırdığı üçün Kremlin maraqlarına uyğundur. Bu fikirlərdə həqiqət payı olsa da, təxribatlar bölgədə münaqişənin yenidən alovlanma riskini yaradır və bu, heç də Rusiyanın maraqlarına cavab vermir. Münaqişənin yenidən alovlanması Türkiyənin, yəni NATO-nun bölgədə hərbi iştirakını da yeni səviyyəyə qaldıra bilər ki, bu da Moskvaya lazım deyil. Rusiyaya bölgədə sülhün bərqərar olması, əlaqələrin bərpası, nəqliyyat dəhlizlərinin işə düşməsi lazımdır ki, həm Ermənistanı iqtisadi cəhətdən özünə bağlasın, həm də Zəngəzur dəhlizi vasitəsilə Avropaya əlavə çıxış əldə etsin.

Bu məsələdə Rusiya ilə Avropa İttifaqının mövqeyi üst-üstə düşür. Aİ üçün erməni təəssübkeşliyindən daha çox Avropanın iqtisadi maraqları daha vacibdir. Belə olmasaydı, 2018-ci ildə dərc olunan “Avropanın Təhlükəsizlik Strategiyası”nda enerji layihələrinin əhəmiyyətindən deyiıl, “qədim erməni xalqının hüquqları”nın qorunmasından bəhs olunardı. Strategiyada Aİ açıq şəkildə bəyan edir ki, 2030-cu ilə kimi Avropanın enerji ehtiyaclarının 75 faizi xaricdən idxal olunacaq. Məhz bu səbəbdən enerji bazarlarının təhlükəsizliyinin təminatı Brüssel üçün xüsusi əhəmiyyət daşımaqdadır. Təsadüfi deyil ki, Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Azərbaycana səfəri zamanı Qarabağ münaqişəsinin post-konflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirələr aparıb. O, bu müzakirələrin Avropa İttifaqının müharibənin nəticələrini aradan qaldırmaq və bölgədə uzunmüddətli sülh naminə Azərbaycanla birgə çalışmaq üçün həyata keçirildiyini söyləyib. Demək, Avropa İttifaqı artıq Qarabağ münaqişəsinin bitdiyini qəbul edir və yeni reallıqlara uyğun olaraq, regionda nüfuzunu artırmaq üçün fəaliyyətə qoşulmağa can atır.

Müharibədən sonra konfliktin həll olunmaması və münaqişə vəziyyətinin qalması Qərbə inteqrasiyaya can atan Nikol Paşinyan hökumətinin də maraqlarına uyğun deyil. Həll edilməmiş münaqişənin mövcudluğu Ermənistanın AB-yə assosiativ üzvlüyünün üstündən xətt çəkir, onun konfliktli ölkə kimi qalması anlamına gəlir. Odur ki, Paşinyan tezliklə Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, qonşusu ilə sülh razılaşmasının imzalanmasına ehtiyac duyacaq. Ancaq Ermənistanda hazırki qeyri-sabit siyasi vəziyyətdə bu addımı atmaq hələ çətindir. Çünki müxalifət dərhal Paşinyanı satqınlıqda ittiham edəcək və Ermənistan yenidən siyasi böhranla üzləşəcək.


ABŞ-a gəlincə, Vaşinqtonun Cənubi Qafqazla bağlı siyasətini əksər hallarda Avropa İttifaqı ilə uzlaşdırmağa çalışır. Bu mənada, Vaşinqtonun Brüsselin maraqlarına zidd yanaşma sərgiləməsini gözləmək doğru olmaz. Bayden-Putin sammitindən sonra səslənən ümumi bəyanatlardan belə bir qənaətə gəlmək olar ki, Amerika Rusiya ilə iqtisadi maraqlara söykənən münasibətlərin bərpa olunmasının tərəfdarıdır və bu halda Moskvanın indiyə qədər yürütdüyü xarici siyasətə korrektələr etməsi labüddür.

O zaman, əgər münaqişənin tarixə qovuşması bütün maraqlı qüvvələrin istəklərinə cavab verirsə, təxribatların səbəbi nədir və bu hadisələrin arxasında kimlər dayanır?

İlk növbədə ehtimal etmək olar ki, Rusiyanın hərbi-siyasi gücə arxalanan təzyiq siyasətindən əl çəkib, iqtisadi maraqlara söykənən siyasi kursa üstünlük verməsiylə öz mövqelərini itirəcəyindən ehtiyatlanan siyasi qüvvələr. Onların maraqları Putinin Nikol Paşinyanı qələbə münasibətilə təbrik etməsindən sonra üzərinə müxalifətçilik missiyasının qoyulması ilə barışmayan Robert Koçaryanın maraqları ilə üst-üstə düşdüyündən, bir-birindən qarşılıqlı şəkildə faydalana bilərlər. Koçaryan başda olmaqla Ermənistan müxalifəti “Qarabağ kartı”ndan öz maraqları naminə istifadə etməyə çalışır. Məqsəd izərbaycanın həmin təxribatlara sərt reaksiya verməsi ilə Paşinyanın zəifliyini nümayiş etdirmək və bu yolla siyasi xal qazanmaqdır. Koçaryana bu məsələdə Rusiyadakı qeyd etdiyimiz mərkəzlər dəstək verə bilərlər. Çünki sabitliyin pozulması Putinin qarşılıqlı iqtisadi əməkdaşlığa söykənən siyasətə sadiqliyini şübhə altına qoyacaq və Vaşinqtonun Moskva ilə münasibətlərinin tənzimlənməsinə əngəl yaradacaq.

Eyni zamanda, münaqişənin bitməsi Avropa İttifaqınının regionda daha iri layihələr reallaşdırmaqla, təsir gücünün genişlənməsinə səbəb olacaq və bu halda Fransanın ATƏT-in Minsk Qrupunun üzvü kimi regiondakı “xüsusi” rolu kölgəyə güşəcək. Ona görə, Paris də bölgədə sabitliyin tam bərqərar olmasını istəmir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam