Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cəlilabadda boruları kim satır? –VIDEO

 

 Yenixeber.org: Cəlilabad rayonunda dövlət əmlakının talan edilməsi haqda redaksiyamıza məlumat daxil olub. Məlumata görə rayonun Qarayar yolunun üstü deyilən ərazidə Azərsuya məxsüs borular kütləvi şəkildə çıxardılaraq maşınlara yüklənilir. Məlumatla bağlı Cəlilabad rayon Su- Kanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən boruların doğranması ilə bağlı heç bir məlumat olmadıqlarını bildirdilər. Mənbənin sözlərinə görə , Azərsuya məxsüs turbalar rayon məmurları tərəfindən mənimsənilir. Ərazidə yaşayan vətəndaşların bildirdiyinə görə, boruların çıxardırılmasına bir başa icra başçısının vəzifələrini müfəqqəti icra edən Mansur Məmmədov başçılıq edir. Görünür, keçmiş icra başçısı Namik Zeynalovun həbsi digər məmurlara dərs olmayıb. İcra başçısını əvəz edən Mansur Məmmədova kim şərait yaradıb ki, dövlət əmlakını mənimsəsin?
Digər bir məlumatda vurğulanır ki, doğranılan turbalar maşınlara yüklənərək bir metri 40 manatdan məlum olmayan istiqamətə aparılaraq təhvil verilir. 300(üç yüz) metr borunun isə artıq satıldığı bildirilir. Əslində, həbs olunan icra başçısı ilə yanaşı müavinlər və onların əl- altıları da istintağa cəlb edilməli idi. Rayonda gəzən söz-söhbətlərə görə, həmən boruların satılmasına Mansur Məmmədov rəhbərlik etsə də onun yuxarılarla da hesablaşdığı bildirilir. Mövzüya yenidən qayıdacayıq…( cumhuriyyet.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam