Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Namiq Zeynalov Cəlilabadda üsyan yetişdirir-VİDEO



 Yenixeber.org: Ölkə rəhbərinin etimad göstərib, Cəlilabad rayonuna təyin etdiyi icra başçısı Namiq Zeynalovun adı bir çox qalmaqallı məsələlərdə hallanmaqdadır. O hətta bənzəri olmayan istədiyi qanunsuz əməllərə qol qoymaqdan belə çəkinmir.
Rayon sakinləri tərəfindən də, başçının törətdiyi xoşagəlməz əməllərin hamısı qanunazidd kimi xarakterizə olunur. Bunu əldə etdiyimiz konkret faktlar da sübut edir. Namiq Zeynalovun saysız-hesabsız qanunsuzluğa  yol verməsinə, vəzifə səlahiyyətindən sui-istifadə etməsinə dair redaksiyamıza daxil olan saysız hesabsız faktların hamısını zaman-zaman sadalayacağıq.
Onu da qeyd edək ki,ölkə başçısı etdiyi çıxışlarında dəfələrlə vurğulayıb ki, əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar ciddi şəkildə cəzalandırılacaqlar. Prezidentin özünün dediyi kimi, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Bundan əlavə, ölkə rəhbəri etdiyi çıxışlar zamanı onu da qeyd edib ki hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir:"Dövlət məmurları və ailə üzvləri özlərini təvazükar aparmamalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli,insanların problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu əsas rol oynayacaq”.
  23 dekabr 2019-cu il tarixdə respublikanın hər yerində olduğu kimi Cəlilabad rayonunda da bələdiyyə seçkiləri keçrildi. Verilən məlumata görə əksər məntəqələrdə səsvermənin nəticələri icra başçısının isdədiyi kimi hesablandı. Müvafiq qanunvericiliyə əsasən səsvermədə ən çox səs toplamış şəxs və ya bələdiyyə üzvlərinin səs verməsi nəticəsində bələdiyyə sədri seçilir. İnzibati ərazi bölgü təsnifatına görə Qarakazımlı kənd inzibati ərazi dairəsi beş kənddən ibatətdir. Bu inzibati ərazi dairəsininn iki minə yaxın səsvermə hüquqi olan vətəndaşı vardır. Redaksiyamıza verilən məlumata görə seçkidən altı aya yaxın vaxt keçməsinə baxmayaraq Qarakazımlı kənd ərazi bölgüsünün hələ də bələdiyyə sədri yoxdur. Cəlilabadın əksər kəndlərində olduğu kimi Qarakazımlı kəndində də bələdiyyə sədri icra başçısı tərəfindən "təyin olunur". Əgər bələdiyyə sədri icra başçısı tərəfindən təyin olunursa, dövlət tərəfindən bu seçkiləri keçirməyə nə ehtiyac vardır?.Yaxudda dövlət seçkilərin keçrilməsinə niyə bu qədər vəsait ayırır? Rayonun əksər məntəqələrində seçkinin nəticələrin Namiq Zeynalov müəyyən edib. Bunu aşağıdakı VİDEO-dan da aydın görmək olur. Rayon icra başçısı Namiq Zeynalovun və onun yaxın kadrlarının bənzərsiz qanunazidd hərəkətləri barədə redaksiyamıza kifayət qədər müraciətlər vardır. Araşdırmalarımız davam edir. Odur ki, bizi izləməyi unutmayın.(mediatv.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam