Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yoxsul Ermənistanda -ikinci AES Rusiyanın nəyinə lazımdır?

Yoxsul Ermənistanda ikinci AES Rusiyanın nəyinə lazımdır?
Ermənistan baş naziri Nikol Paşinyanın seçkiöncəsi Rusiyaya yollanması diqqət çəkən hadisələrdən oldu.
Yenixeber.org: Təsadüfi deyil ki, Paşinyan yoxsul Ermənistanda yeni AES-in tikilməsindən tutmuş, müharibədən sonra Azərbaycan ərazisində terror hadisələri törətmiş erməni məhbuslara qədər olan bir sıra məsələni Rusiya rəhbərindən xahiş etdi. Amma Rusiyadan gözlənilən reaksiya gəlmədi.

Erməni baş nazirin Moskva səfərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, əslində Paşinyanın səfəri Rusiyadan yeni qənimətlər qoparmağa hesablanıb:

“Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Putinlə görüşə başlayarkən media qarşısında diqqəti çəkən üç açıqlaması var idi. Birincisi, o dedi ki, guya əsirlər məsələsində Rusiya Ermənistanla ortaq baxışa malikdir. İkincisi isə, dedi ki, Dağlıq Qarabağ məsələsi hələ tam həll olunmayıb. Üçüncüsü də bildirdi ki, Rusiyadan Ermənistanda yeni atom elektrik stansiyasının inşaasını istəyir.

Paşinyanın görüşdən əvvəl “əsirlər” barədə dediyi erməni cəmiyyətinə ünvanlanmışdı. Nikol bununla göstərmək istəyirdi ki, erməni cəmiyyətini narahat edən mövzunu Rusiya prezidenti ilə geniş müzakirə edəcək. Halbuki, Putin görüşdən əvvəl bu barədə heç nə demədi. Bu mövzu Moskvanı narahat etmir. Belə bir mövzunu səsləndirmək parlament seçkisi öncəsi Paşinyana lazımdır”.

Atom Elektrik Stansiyası təklifinə gəldikdə, politoloq deyir ki, bu da Paşinyanın taktiki gedişidir. Ermənistanın baş naziri bu təklifi səsləndirməklə Putinə göstərmək istədi ki, Moskvaya əliboş gəlməyib:

“Ancaq yoxsul Ermənistanda ikinci atom elektrik stansiyası tikmək Rusiyanın nəyinə lazımdır? Birincisi, mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistanda ikinci atom elektrik stansiyasının tikintisi 3-7 milyard dollara başa gələ bilər. Bunu kim maliyyələşdirəcək? Ermənistanın pulu yoxdur. Deməli, İrəvan tikintinin maliyyəsini Rusiyaya yükləmək istəyəcək. Rusiya həmin pulu xərcləyib o şərtlə Ermənistanda atom elektrik stansiyası tikmək istəyər ki, qoyduğu investisiyanı geri qaytara bilsin. Ancaq bunun üçün mifik stansiya tikildikdən sonra əhaliyə elektrik enerjisi baha satılmalıdır ki, Rusiya pulunu geri qaytara bilsin. Ermənistanın kasıb əhalisi baha qiymətə elektrik enerjisi ala biləcəkmi?



İkinci bir tərəfdən isə, rusiyalı ekspertlər bildirirlər ki, atom elektrik stansiyasının korpusları Rusiyadan Ermənistana daşınmalıdır. Ancaq Rusiyanın Ermənistanla sərhəddi yoxdur. Həmin korpuslar isə ya dəniz, ya da dəmiryolu ilə Rusiyadan Ermənistana çatdırıla bilər. Ermənistan hər ikisindən məhrumdur. Rusiya Abxaziyanın ilhaqıyla bağlı Gürcüstan dəmiryolundan istifadə edə bilmir. Demək yerdə qalır, həmin korpusları Azərbaycan üzərindən Ermənistana daşımaq. Ancaq bunun üçün Ermənistan Zəngəzur üzərində vaxtilə sökdüyü dəmiryolunu bərpa etməlidir və Azərbaycanla münasibətləri normallaşdırmağa başlamalıdır ki, Rusiya Azərbaycan dəmiryolu üzərindən bu koprusları Ermənistana çatdıra bilsin.

Nikol Paşinyanın Rusiyaya səfəri başa çatdı və Rusiyada heç bir sənəd imzalanmadı. Moskvada Putindən çox Paşinyan danışdı. Seçki öncəsi çox danışmaq Paşinyana lazımdır. “Əsirlər” mövzusuna maraq göstərməyən Moskvaya Azərbaycanla Ermənistan arasında nəqliyyat xətlərinin açılması lazımdır. Bunu isə Paşinyan seçkiyə qədər uzatmağa çalışır ki, müxalifətin təzyiqi ilə üzləşməsin. Digər tərəfdən Paşinyanın beynini hələ də bu sual məşğul etməlidir: “Vladimir Putin məndən bir gün əvvəl əsas rəqibim Robert Koçaryanı Moskvaya dəvət edib onunla 1 saat müzakirə aparmaqla nə demək istədi?”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam