Yeni Suraxanıda qanunsuz tikintiyə göz yumanlar – Əziz Əzizovdan başqa kimlər var?-ARAŞDIRMA
Yenixeber.org: Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kuçə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində tikinti işləri davam etdirilməkdədir. Burada tikinti işlərinə icazənin kimlər tərəfindən veilməsinə hələ də aydınlıq gətirilməyib. Nə adı bir çox alqı-satqı əməllərində hallanan Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən,nə də Prezident İlham Əliyevin etimad göstərərək cəmi bir il bundan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin etdiyi Anar Quliyev tərəfindən. Bunun kimi addımlar Əziz Əzizov tərəfindən gözləniləndir. Çünki o, karyeryası boyu belə işlərə çox yol verib və bir növ artıq adətkar olub. İstədiyini edir və güvəndiyi insanlara o qədər arxayındır ki, hətta mətbuata belə münasibət bildirməyi bəlkə də özünə sığışdırmır. Bəs sədr kürsüsündə oturmasının bir ili təzəcə tamam olmuş Anar Quliyev necə?
Xatırladaq ki, sözügedən ərazidə qanunsuz tikintinin aparılması barədə artıq bir neçə dəfə geniş məlumatlar yayıb. Əldə etdiyimiz ən son məlumatlara ərazi Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla “Surakhanı Oil Operation Company S.A.” -nın icraçı direktoru Arzu Sarıbalayev tərəfindən ticarət obyektinin tikilməsi məgsədi ilə satılıb. Kimə satıldığı bilinməsə də,ortada kifayət qədər iri pullar var. Milyon yarım manatdan gedir söhbət.İşbazlar isə heç kim yaxın düşməsin,dəyib,dolaşan olmasın deyə yüksək çinli dövlət məmurlarının adlarını hallandırırlar. Şəkildə gördüyünüz şəxs isə ərazidə tikinti aparmağa sənədinin olduğunu bildirdirir. Maraqlıdır, istismar müddəti bitmiş neft quyularının üstündə ticarət obyekti tikmək hansı şəhərsalma normalarına uyğundur? Neft quyuları demişkən. Ötən yazıdan sonra SOCAR Təhlükəsizlik İdarəsinin rəsmisi redaksiyanın əməkdaşına zəng edərək bildirmişdir ki,həmin ərazinin SOCAR-a heç bir aidiyyatı yoxdur. Bəlkə ərazi “Surakhanı Oil Operation Company S.A.”-nın Azərbaycandakı nümayəndəliyi balansına verilib? Bütün hallarda, ərazinin hansı dövlət qurumunun balansında olmasına baxmayaraq, ya tikintiyə kimin icazə veriməsinə aydınlıq gətirilməli, ya da qanunsuz tikintinin aparılması dayandırılmalıdır. Əks halda ərazidə qanunsuz tikinti işlərinin aparılmasına göz yuman dövlət qurumları elə milyon yarımlıqlıq alqı-satqıda payçı olduqlarını dolayısı yollarla təsdiq etmiş olurlar.
Axı ərazi qeyd etdiyimiz kimi həm istismar müddəti bitmiş neft quyuları ilə əhatə olunub,həm də yaxınlığında orta ümumtəhsil məktəbi yerləşir ki, belə bir ərazidə hər hansı obyektin tikintisi yalnız şəhərsalma planlarına və normalarına uyğun şəkildə aparılmalıdır. Bunu ötən yazılarda da qeyd etmişdik və bir daha xatırladırıq ki, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək; müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa vəzifələrinə aiddir. Lakin proseslərin gedişindən də göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə bu qanunsuz tikinti işinin aparılmasına sadəcə seyrçi qalıb.
Amma qurum tikinti aparılmasına icazə verilənə qədər ərazinin mövcud təbii və geoloji şəraitinin yararlı olmasını araşdırmalı, təhlükəli təbii proseslərin və hadisələrin yarada biləcəyi fəsadları qabaqcadan hesablamalı, şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarət etməlidir. Yuxarıda qeyd etdiyimiz kimi ərazi istismar müddəti bitmiş neft quyuları ilə əhatə olunub və bəzilərinin də üstü tikintini aparanlar tərəfindən örtülüb. Bir neçə ildən sonra ərazidə hər hansı bir təbii proses baş verərsə burada məsuliyyət kimin üzərinə düşəcək? Əlbəttə Dövlət Şəhərsalma və Arxitektura Komitəsininin səlahiyyətlilərinin üzərinə. Elə isə Komitə üzərinə düşən təhlükəsizlik tədbirlərini nə üçün vaxtında yerinə yetirmir?
Əziz Əzizova nə var, satdı, aldı, bu gün sabah da aradan çıxacaq. Verilən məlumatlara görə nə məsələdirsə,son vaxtlar rayonun qəsəbə İcra nümayəndələrini parklarda qəbul edir,həm də telefonsuz.
(aktualinfo.org)