Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Milyonların səpələndiyi Sumqayıt küçələri – Zakir Fərəcov şəhərin işıqlandırılmasını biznesə çevirib-DE-FAKTO

 

 Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi elektrik mallarının alınması üçün “İnterkabel” şirkətinə 295 561.63 AZN ödəyəcək.

Yenixeber.org: “İnterkabel” şirkəti Xidmət Sahəsinin bununla bağlı elan etdiyi tenderin qalibi olub.

Araşdırmalar zamanı aydın olur ki, Sumqayıt küçələrinin işıqlandırılması ilə bağlı vaxtaşırı tender elan edilir. Hələ şəhərin keçmiş icra başçısı Eldar Əzizovun dövründə bu işə milyonlarla vəsait xərclənib. Özü də tenderlərin əksəriyyətinin qalibi “İnterkabel” şirkəti olub. 

Sumqayıtın indiki icra başçısı Zakir Fərəcov da sələfinin ənənəsini davam etdirir. Təkcə 2019-2020-ci illərdə Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi “İnterkabel” şirkətindən 1 125 979 AZN dəyərində elektrik malları alıb. Bundan əlavə, qurum 17 noyabr 2020-ci il tarixdə  “Web-Servis” firması ilə 70 min, 21 may 2020-ci il tarixdə “Reliable Oil Services” MMC ilə 297 513.4 AZN-lik müqavilə imzalayıb. 

Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin rəisi Əhməd Məmmədovdur. O Sumqayıtın keçmiş icra başçısı mərhum Təvəkkül Məmmədovun yaxın qohumudur. Xidmət Sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə tabedir. Bu qurumun rəhbəri isə Hüseyn Həsənovdur. Məlumatlara görə, Hüseyn Həsənov Zakir Fərəcovun bacısı oğludur. İddia olunur ki, Xidmət Sahəsinin tenderlərinin arxasında məhz bu şəxs dayanır

“İnterkabel” firmasına gəlincə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə şirkət 16 sentyabr 1997-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşən “İnterkabel”in qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğludur.
“İnterkabel” firması iri dövlət şirkətlərinin də sifarişlərini yerinə yetirir. Məsələn, ötən il Bakı Metropoliteni QSC “İnterkabel” firması ilə 1.2 milyon , “Azərsu” ASC 2.3 milyon, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi isə 2,99 milyon manatlıq müqavilə imzalayıb.(hit.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam