Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Navalnıya dəstək mitinqinə qatılanlar araşdırılır – Yeniyetmələrə də cəza veriləcək

 

 Moskvada Aleksey Navalnıya dəstək mitinqinə qatılan yeniyetmələr qeydiyyata alınır.
Yenixeber.org: Moskva Təhsil İdarəsinin mətbuat xidmətindən RİA Novosti-yə verilən məlumata görə, yanvarın 23-də icazəsiz aksiyada iştirak etdiklərinə görə saxlanılan Moskva məktəbliləri qeydiyyata alına bilər.
"Bu məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Eyni zamanda məktəb şagirdlər tərəfindən törədilən istənilən inzibati xəta haqqında məlumat alır. Əsasnaməyə uyğun olaraq, bu cür şagirdlər məktəb daxilində qeydiyyata alınır və onların hər biri ilə fərdi profilaktik iş apasrılır”, - deyə qurumda qeyd ediblər.
Qurum tərəfindəın həmçinin vurğulanıb ki, şagirdlər psixoloq məsləhəti alır və onlarla "profilaktik söhbətlər” aparılır.
Rəsmilər mitinqdə iştirak edən yeniyetmələrin konkret sayını bilmir. Uşaq ombudsmanı Anna Kuznetsovanın sözlərinə görə, paytaxtda təxminən 70 nəfər, bölgələrdə isə üç yüzə yaxın adam saxlanılıb. Moskvada uşaq hüquqları üzrə müvəkkil Olga Yaroslavskaya bildirib ki, nəzarətə alınan yetkinlik yaşına çatmayanların hamısı valideynləri gələndən sonra evə buraxılıb, onlardan heç biri  tibbi yardım üçün müraciət etməyib.
Xatırladaq ki, ötən şənbə günü Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirildi. Rusiya Daxili İşlər Nazirliyi və Baş Prokurorluq razılaşdırılmamış aksiyalarda iştiraka görə həm təşkilatçıların, həm də sıravi  iştirakçıların məsuliyyətə cəlb ediləcəyi barədə dəfələrlə xəbərdarlıq etsə də,  Aleksey Navalnının tərəfdarları insanları həmin mitinqlərdə iştirak etməyə çağırdı.
Bununla yanaşı, Baş Prokurorluq sosial şəbəkələrdə bu cür tədbirlərə edilən çağırışları bloklamağı tələb etmişdi. Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, aksiyalarda iştiraka çağırış edənlər ”fəaliyyətləri hamıya yaxşı məlum olan təxribatçılardır”.
Etiraz aksiyalarının keçirildiyi günlərdə məktəblilərə xüsusi diqqət yetirilirdi - valideynlərdən övladlarını mitinqlərdən uzaq tutmağı xahiş edirdilər. Tələbələrə isə Kremldən bildirilmişdi ki, bu cür tədbirlərdə iştirak "təhsil müəssisələrinin rəhbərlikləri tərəfindən müxtəlif reaksiyalara səbəb ola bilər”.(sfera)
Tərcümə: Selcan

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam