Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

General Hikmət Abbasovun "yeni bazarı"- Kəmaləddin Heydərovun xəbəri varmi?-ARAŞDIRMA

 

"Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəisi Hikmət Abbasov bu vəzifəyə təyin olduğunu gündən, Bakı şəhərində istismara hazır olan obyektlərin, yeni tikilən yaşayış binalarının, bina və qurğuların layihə sənədlərinin yanğın təhlükəsizliyi ekpertiza aktının verilməsinə süni maneələr yaradır."
Yenixeber.org: Redaksiyamıza daxil olan şikayət məktubunda Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəisi Hikmət Abbasov haqqında belə yazılır:
"Belə ki bundan əvvəlki rəhbərliyin olduğu müddətdə bina və qurğulara obyektiv şəkildə qəbul olunduğu halda, indi səbəbi bilinməyən problemlər axtarılır, bu da haqlı olaraq yeni binalardan ev və obyekt sahibi olan vəndaşların bina sahibləri ilə mübahisə və narazılıqlarına səbəb olur. "
Redaksiyamıza daxil olan məktubda qeyd olunur ki, FHN-də və heç bir əlavə normativ qayda qəbul olunmadığı halda korrupsiyaya yol açan bu əməllər əlbəttə ki, cənab nazir Kəmalləddin Heydərovun, Möhtərəm Cənab Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirdiyi müsbət reformaları kölgədə qoyur, dövlətə və FHN-nə etimadı sarsıdır:

 
"Abbasovun tikinti şirkətlərinə reketsayağı davranışı kriminal avtoritetlərin söhbət masasındakı son nöqtə "Racon"una bənzəyir desək, tam yerinə düşər. Bu cənabın iştahası o qədər kəskindir ki, ağlına gələn fantastik rəqəm tələb etməkdən belə çəkinmir! Bu da ki əlbəttə bu işləri icra edən şirkətlərin hərraca bağlayıb müflisləşdirilməsinə gəlib çixardir."
Daxil olan şikayət məktubunda daha bir ciddi məqam var:
"Hörmətli redaksiya,  diqqətinizə çatdırıram ki, yeni tikililərdə yanğından mühafizə işlərini icra edən şirkətlərdən minlərlə insan çalışır. Bu müharibə şəraitində əldə edilmiş zəfərə kölgə salır və möhtərəm Prezidentə 5-ci kalonun oynuna bənzər bir oyunla etimadsızlıq yaratmaq ideyasıdır, yoxsa bir aya rüşvət yolu ilə milyarder siyahısına girmək ehtirası!? Biz bilirik ki, bu özbaşınalıqdan general-pokovnik Cənab Kəmaləddin Heydərovun xəbəri yoxdur."(miq.az)
Redaksiyadan: Şikayət və məktublarınızı [email protected] ünvanına göndərə bilərsiniz.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam