Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Politoloq naziri istefaya səslədi-Foto 


Politoloq nazirin istefasın tələb edir

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin də qənəatbəxş olmadığını üzə çıxardı. Bu barədə politoloq Xəqani Cəfərli açıqlamasında bildirib.

Yenixeber.org: Politoloq qeyd edib ki, nazir Kəmaləddin Heydərov və onun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyininin tabeliyində respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən Dövlət Yanğından Mühafizə Xidmətindən əlavə ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi sahəsində norma, standart və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirən Dövlət Yanğın Nəzarəti Xidməti mövcuddur. 

Politoloq yazır ki, əgər Dövlət Yanğın Nəzarəti Xidmətinin işi effektli qurulsaydı “Diqlas”da baş verən yanğın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sözləri ilə desək “ciddi yanğın” olmazdı. Digər tərəfdən FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsini təmin etsəydi, zərərçəkmişlər icra hakimiyyəti orqanlarına üz tutmaq əvəzinə sığorta şirkətinə müraciət edərdilər. “Belə olsaydı o zaman zərərçəkmişlər də etiraz aksiyası keçirməz, sığorta şirkətindən aldıqları pulla işlərini qaldıqları yerdən davam etdirərdilər. Ancaq Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Dövlət Yanğın Nəzarəti Xidməti öz işini effektli qura bilmədiyi üçün “Diqlas”ın tikintisi və istismarı dövründə yanğın təhlükəsizliyi sahəsində normaların tətbiq olunması təmin olunmayıb, bunun nəticəsində də yanğını vaxtında söndürmək də mümkün olmayıb”, - X. Cəfərli bildirib.

Politoloqun bu yazısı cəmiyyətin diqqətini FHN-nin fəaliyyətinə yönəldərək cəmiyyətdə bu nazirliyin faəliyyəti ilə bağlı geniş müzakirələrə səbəb oldu. Cəmiyyətdə bu müzakirələr gedərkən, fövqəladə hallar naziri “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı bir neçə açıqlama ilə çıxış etdi. Əməkdaşımız politoloq X. Cəfərli ilə əlaqə saxlayaraq K. Heydərovun açıqlamalarına münasibət öyrənib. 

Politoloq nazirin istefasın tələb edir
K. Heydərov

Öncə diqqəti Kəmaləddin Heydərovun prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səsləndirdiyi fikirlərə yönəldən politoloq Fövəladə hallar nazirini məsuliyyətsiz ekspert kimi açıqlama verməkdə ittiham etdi: “Heydərov müşavirədə bildirib ki, malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkopanla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub. Fövqəladə hallar naziri rəhbərlik etdiyi qurumun üzərinə düşən vəzifəni icra etməmələrinə görə öz məsuliyyətlərindən danışmaq əvəzinə, məsuliyyətsiz ekspert kimi “malların anbarlarda düzgün yerləşdirilməməsi” haqqında rəy verir. Tamamilə yanan ticarət mərkəzinin anbarında yanmış malların düzgün yerlşdirilməməsini nazir dərhal necə müəyyən edib?” 

Politoloqun fikrincə, ötən ilin iyul ayının 3-də Mingəçevirdə "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarında baş vermiş qəzandan sonra olduğu kimi, “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından sonra rəhbərlik etdiyi Nazirliyin müvafiq müraciətlər etdiyini vurğulamaqla məsuliyyəti öz üzərlərindən atmağa çəhd edib: “Heydərov özünü fövqəladə halların baş verməsinin qarşısını almaqla görəvləndirilmiş dövlət strukturunun rəhbəri kimi deyil, ekspert komissiyasının təmsilçisi kimi aparır. Ən azından bu adam dövlətin ciddi maddi zərərə düşməsinə səbəb olan yanğına görə məsuliyyət daşıdığının fərqində olmalı və istefa verməli idi. Siyasi mədəniyyətin mövcud olduğu bütün ölkələrdə belə olur. Buna onlarla misal gətirmək olar. Hətta bir texnogen qəzaya görə Baş nazirin istefaya getdiyi hal da olub. Heydərov isə siyasi məsuliyyətini etiraf edib, istefaya getmək əvəzinə günahı başqalarının üzərinə atmağa çalışır”.

Buna görə də X. Cəfərli növbəti dəfə fövqəladə hallar nazirinə səslənərək onu siyasi məsuliyyətini etiraf edib, istefa verməyə səsləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam