Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ağsu rayonunda tenderləri kim udur? -İLGİNC SİYAHI

Ağsu rayonunda tenderləri kim udur?
Bu ilin yanvar-dekabr aylarında Ağsu rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 9 milyon 15 min 246 manat olan 28 tender keçirilib.

Yenixeber.org: Məlumata görə, ən çox tender keçirən Ağsu rayon İcra Hakimiyyəti olub. Ağsu rayon İcra Hakimiyyəti ümumi məbləği 8 milyon 244 min 671 manatlıq tender müqavilələri bağlayıb.

İcra hakimiyyətinin 1 milyondan böyük 3 tender olub. Tenderləri "TALEH TT" MMC, "Dərələyaz - 1" MMC şirkətləri qazanıb. “TALEH TT" MMC ümumi məbləği 3 milyon 304 min manat olan 2, "Dərələyaz - 1" MMC 1 milyon 696 min manat olan 1 tender qazanıb.

Rayonun ən böyük tenderini “TALEH TT" MMC udub. Tenderi keçirən qurum isə İcra Hakimiyyəti olub. Tender 2 milyon manat məbləğində olub.

Rayonda ən çox tender udan şirkətlər "TALEH TT" MMC və "CEYHUN 1994" MMC-dir. "TALEH TT" MMC şirkəti 4 milyon 574 min 167 manat olan 5 tender, "CEYHUN 1994" MMC ümumi məbləği 142 min 700 manat olan 5 tenderin qalibi olub.

Bundan başqa rayonda Kürdəmir rayon Polis Şöbəsi, Kürdəmir Suvarma Sistemləri İdarəsi və başqa qurumlar da satınalmalar həyata keçirib.(fed.az)

Ağsu rayonunda tenderləri kim udur?
Ağsu rayonunda tenderləri kim udur?
Ağsu rayonunda tenderləri kim udur?
Ağsu rayonunda tenderləri kim udur?
Ağsu rayonunda tenderləri kim udur?

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam