Cavid Qurbanov nədən XƏSİSLİK ETDİ?-40 min manat sənin əlində nədir ki... -
Yenixeber.org: Dünən məlum olu ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov və ailə üzvləri Cavid Qurbanov və Leyla Qasımova, o cümlədən digər ailə üzvləri şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək məqsədilə yaradılan “YAŞAT” fonduna ianə edib. Qeyd edək ki, ümumilikdə 40 min manat “YAŞAT” Fonduna vəsait köçürülüb.
Bildiririk ki, bu məlumat yayılar-yayılmaz sosial şəbəkələrdə ciddi qınaqla qarşılanıb və hər kəs ölkənin baş dəmiryolçusu Cavid Qurbanovun "XƏSİSLİYİNİ" diqqətə gətirib. Səsələnən ittihamlarda qeyd olunur ki, əslən Kəlbəcər rayonundan olan Cavid Qurbanovla atası Qənbər Qurbanovun ümumi varidatı milyarlarla ölçüsə də, nədənsə nə Vətən Savaşı günlərində görünmədilər, nə də bu savaşda iştirqak edən oğullarımıza layiqincə diqqət göstərmədilər.
"40 min manat sənin əlində nədir ki" deyə xitab edən sosial şəbəkə istifaədiçəli Cavid Qurbanovun varidatı barədə də məlumatları gündəmə gətiriblər. Xatırladaq ki, elə bir neçə gün əvvəl Cavid Qurbanovun atasının sərvəti haqda informasiyalar paylaşıldı: http://www.dia.az/8/274774-cavid-qurbanovun-ozunden-varli-atasi.html
Onu da bildirək ki, yerli KİV-də Cavid Qurbanov haqqında da ilginc faktlar təqdim olunub. DİA.AZ bildirir ki, bu gün XƏSİSLİYİ ilə diqqətə gələn Cavid Qurbanovun nəqliyyat, logistika, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən şirkətləri Birləşmiş Ərəb Əmirliklərindən tutmuş Böyük Britaniyayadək yayılıb.
Cavid Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri “Azercon” Açıq Səhmdar Cəmiyyətidir. Qrupa “Süsən Aqro” MMC, “Lor Hospital” MMC, “Retro Park” Mənzil Tikinti Kooperativi və “American Hospital Tbilisi” daxildir.
Bundan başqa, “Azercon” ASC 2013-cü ilin avqust ayından etibarən Türkiyədəki “Aga Enerji Nakliyat Madencilik İnşaat Sanayi ve Ticaret A.Ş”-nin sahibidir.
LOR Hospital Bakıda 2013-cü ildən fəaliyyətdədir. Klinika burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi, eləcə də plastik əməliyyatların aparılması sahəsində ixtisaslaşıb.
“Süsən Aqro” MMC 2011-ci ildə yaradılıb. Bu şirkət Ağsu rayonunda və Türkiyədə əkinçilik və toxumçuluqla məşğuldur. Şirkətin çoxlu sayda kənd təsərrüfatı texnikası və anbarlar kompleksi var.
“Retro Park” MTK Bakıda çoxmərtəbəli yaşayış kompleksi inşa edir.
Məbləği açıqlanan ən iri sərmayə isə qrupun Gürcüstandakı törəmə müəssisəsi olan “Sayalı” MMC-nin orada inşa etdiyi “American Hospital Tbilisi”-yə yatırılır. Bu layihəyə toplam 30,5 milyon ABŞ dolları sərmayə yatırmak nəzərdə tutulur.
Qrupun ana şirkəti -“Azercon” ASC isə avtomobil yollarının tikintisi və təmiri ilə məşğuldur.
“Mossack Fonseca” hüquq şirkətindən sızdırılmış “Panama sənədlərinə” görə “Azercon Group Limited” şirkətinin təsisçisi Cavid Qurbanovun atası Qəmbər Şəmşir oğlu Qurbanovdur. Bir müddət Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Qənbər Qurbanov 2009-cu ildə “Gəncəbank” ASC-nin səhmlərinin 33,34%-ni satın alıb.
Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirlinin də biznesi var. O, hətta vaxtilə Ziya Məmmədovun oğlu Anar Məmmədovla və iş adamı Hafiz Məmmədovla şərik olub.
Uzun müddət Milli Məclisin deputatı olmuş Cavid Qurbanov son parlament seçkilərində namizədliyini irəli sürməsə də qohumu Aqil Məmmədov 123 saylı Kəlbəcər seçki dairəsindən millətvəkili seçilib. Kəlbəcərin icra başçısı olan Məmmədov Qurbanovun karyera yüksəlişində də xüsusi rolu olub.
Azərbaycan mətbuatı həm də yazır ki, hakimiyyət baş dəmiryolçuya qumar və mərc sahəsini tapşırıb. Qurbanovun təsir dairəsində olan “Baltech İnvestment” şirkəti Azərbaycanda totalizator oyunlarında mərcin elektron qaydada kəsilməsi məqsədilə 2011-ci ildə yaradıb. Vəsilə Abdulova Qurbanovun “TOPAZ” qumarına nəzarət edən şəxsdir. Abdulova həmçinin “Azərbaycan Dəmir Yolları”nın Maliyyə İdarəsinin müdir müavinidir.
Cavid Qurbanova bağlılığı olam “Baltech” qrupu Türkiyədə də geniş fəaliyyətdədir. İnşaat, daşınmaz əmlak, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji istehsalı və digər sahəsində fəaliyyət göstərən çoxlu sayda şirkətləri birləşdirir.
Cavid Qurbanov 2015-ci ilin fevralında “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri təyin olunandan sonra qurum beynəlxalq və yerli təşkilatlardan yüz milyonlanlarla ABŞ dolları dəyərində kreditlər alıb.
Əslində bu faktlara nəzər saldıqda, Cavid Qurbanovun YAŞAT fonduna köçürdüyü 40 min manatı XƏSİSLİK kimi yox, özünü bizdən biri hesab etməmək kimi də qəbul etmək olar...
İddi olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.(dia.az)