Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Cavid Qurbanov bu iddiaların üstündən niyə keçir? -AĞIR İTTİHAM

Cavid Qurbanov bu iddiaların üstündən niyə keçir?
Son günlər Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovla bağlı ilginc məlumatlar yayılmaqdadır.
Yenixeber.org: Bununla əlaqədar redaksiyamıza yazan oxucularımızdan biri maraqlı bir fakta işıq salıb. Daha dəqiqi, bir müddət əvvəl yerli KİV-də yer alan və hələ də Cavid Qurbanov tərəfindən nəinki təkzib olunmayan, əksinə üzərindən sükutla keçilməyə çalışılan bir faktı xatırladıb oxucumuz.

Oxucumuz yazır: " Yerli mətbuatdan bir neçə il əvvəl belə bir xəbər yayıldı. İddia olunurdu ki, Cavid Qurbanov 2011-ci ildə Fərhad Nəbiyev və Hacı Salayev adlı şəxslərə məxsus saxta möhürlə “İli dörd fəsli” adlı kooperativin axırına çıxıb. Həmin kooperativin yaradılmasına sərmayə qoymuş dosent Zabit Musayevin vəsaiti ilə 1992-ci ildə inşa edilmiş avtomobil təmiri sexi, avtodayanacaq, avtoyuyucu və avtomibil ehtiyat hissələrinin satıldığı mağaza bir gecənin içində yerlə yeksan edilib.

Bu hadisədən sonra Zabit Musayev Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.Həmin vaxt Cavid Qurbanovun saxta möhürlə məhv etdiyi kooperativin direktoru, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan polkovniki Eldar Həsənov isə hadisədən sonra insult keçirərək dünyasını dəyişib".

Oxucumuz sual edir ki, hörmətli baş dəmiryolçu bu faktla bağlı izahat verməkdə çətinlik çəkirsə, yaxın günlərdə daha geniş informasiyanı redaksiyamzla paylaşa bilər. Biz iisə dia.az olaraq öz növbəmizdə oxucumuza qoşularaq Caviq Qurbanovun da izahatını böyük məmuniyyətlə yaymağa hazır olduğumuzu bildiririk.(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam