Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Qurban Məmmədovla Cavid Qurbanovu nə birləşdirir? - 35 minlik "paket"in missiyası-İDDİA

 

 Bir neçə ay bundan öncə Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu “Yeni müsavat”ın canlı yayım efirində keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov haqqında ciddi ittihamlar səsləndirmişdi. O qeyd edirdi ki, Azərbaycan Xalq Hərəkatı (AXH) adlı qurumunun qurucularından olan İ.Həmidov əslən Kəlbəcər rayonundan olan bir məmurdan hər ay 35 min manat pul alır.

Yenixeber.org: İ.Həmidov haqqında səsləndirdiyi iddiaların doğruluğunu sübut etmək üçün əlində ciddi faktların, səs yazılarının olduğunu bildirən A.Şakiroğlu onu da qeyd edir ki, həmin məmur aylıq “paket”i kəlbəcərli bir həkim vasitəsilə İ.Həmidova çatdırırmış. O, İ.Həmidova hədiyyə etdiyi smartfon telefonda bu barədə səs yazılarının şahidi olduğunu vurğulayır. Partiya sədrinin iddiasına əsasən, İ.Həmidov özünə dəyəri 100 min manat olan ağ rəngli “Prado” markalı maşında (bacısı ərinin adına) alıbmış.

Kəlbəcər rayonunda anadan olan İ.Həmidov bu ilin fevral ayının 6-da vəfat etdi. Allah rəhmət eləsin.

Bu məsələni gündəmə gətirməyin səbəbi İ.Həmidova ötən il aylıq pul verdiyi iddia olunan məmurla bağlı siyasi mühacirlərin yenidən çeşidlənən fəaliyyətlərinin kontekstində yeni sensasion məlumatların əldə olunmasıdır.  

Bəs A.Şakiroğlunun iddia etdiyi kimi İ.Həmidova aylıq pul verən kəlbəcərli məmur kimdir?

Əslində İ.Həmidov haqqında yayılan bu məlumatlara, eləcə də, A.Şakiroğlunun onu girov götürməsi ilə bağlı yayılan söz-səhbətlərə 2019-cu il sentyabrın 5-də Azərbaycan Xalq Hərəkatının təsisçilərinin  ALDP qərərgahında keçirilən mətbuat konfransında münasibət bildirərək həmin məmurun adını da çəkmişdi:

“Mən heç Cavid Qurbanovdan 35 min manat götürərəm? Ağasif məni girov saxlaya bilər. Bəzi insanların daxilində o qədər çirkab var ki, o çirkabı kiminsə adına yazırlar. Birdən elə qadınlar haqqında elə danışırlar ki, az qalırsan ağzını cırarsan. Amma polis rəisi niyə pul verməlidir. Bizim polis heç kəsə pul verən deyil. Axı 35 min puldur, 35 min gözəl bir xanımın ətridir”.

Bəli, söhbət “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdan gedir.

Son günlər siyasi mühacirlərin fəaliyyətində bir çeşidlənmə müşahidə olunur və onların Azərbaycanda əməkdaşlıq etdiyi şəxslərlə bağlı əldə olunan ciddi informasiyalar yuxarıda qeyd olunan ittihamları şərh etməyə imkan verir.  

Bildiyiniz kimi, AXH-də hazırda İngiltərədə yaşayan, bu gün Türkiyədə həbs olunduğu barədə xəbərlər yayılan “Azerifreedom” yutub kanalının rəhbəri Q.Məmmədov da təmsil olunurdu. “Təmsil olunurdu” desək, zəif çıxar, demək olar ki, bu qurumun müəyyən bir mərhələ bütün “ideoloji” xəttini Q.Məmmədov formalaşdırıb. Ancaq məsələ başqadır.

Mərhum prezident Heydər Əliyev barədə, eləcə də, dövlət başçısı və onun ailəsi haqqında davamlı olaraq anti-təbliğat işləri aparan “Azerifreedom” kanalının Bakıda bir neçə əməkdaş “jurnalistləri” var idi. Hazırda da var. Bu “əməkdaş”lar buradakı sosial problemləri, siyasi çaları olan hadisələri çəkib Q.Məmmodova göndərirlər, pulla satırlar. O da Azərbyacandakı “əməkdaş”larından pulla aldığı bu videoları “Azerifreedom”da yayımlayır.

Bilirsinizmi, ən maraqlısı nədir?

Redaksiyamıza etibarlı mənbərlərdən daxil olan məlumata əsasən, Q.Məmmodova Azərbaycandan pulla satılan videoların pullarını İ.Həmidov ödəyirmiş. Bir qisminin pulları karta köçürülür, onlardan bankdan çıxarırlarmış.

Ortaya maraqlı bir sual çıxır: Bəs İ.Həmidov Q.Məmmədovun burdakı “mühasibi” kimi pulu kimdən alıb jurnalistlərə verirdi?

Görəsən, iddia olunduğu kimi, C.Qurbanovun hər ay İ.Həmidova verdiyi 35 min manat pulla bunun bir əlaqəsi var idimi?

Yaxud Azərbaycan hakimiyyətində demək olar ki, bütün məmurları adbaad öz yutub kanalında tənqid edən Q.Məmmodov indiyə qədər nə üçün C.Qurbanovla bağlı tənqidi material verməyib və bu barədə niyə danışmayıb?

Maraqlı bir paralellik də diqqəti cəlb edir. Məlumdur ki,Q.Məmmədovla İ.Həmidovun arası qəfil pisləşmişdi. Bu həmin vaxta təsadüf edirdi ki, İ.Həmidov bir müddət siyasətdən getdiyini bəyan eləmişdi.

A.Şakiroğlu iddia edir ki, İ.Həmidov AXH-dəki missiyasını tam şəkidlə yerinə yetirə bilmədiyinə görə, pul aldığı şəxs tərəfindən (Cavid Qurbanov – redaksiya) danlanmışdı. Ona görə də siyasi proseslərdən 40 gün kənarda saxlanılmaqla cəzalandırılmışdı.

Əldə olunan informasiyaların doğruluq yükünü daha da artıran A.Şakiroğlunun “Yeni müsavat”ın həmin canlı yayımında “hazırda başqa bir kəlbəcərli mühacir var ki, ona da həmin kəlbəcərli məmur buradan pul göndərir. Və ona deyir ki, kimi söyürsən söy, məni söymə. Həmin mühacir isə dövlət başçısını və onun ailəsini təhqir edir” fikirləridir.

Hazırda Fransada yaşayan siyasi mühacirlə C.Qurbanov arasındakı sövdələşmənin şok detalları barədə əldə olunan informasiyalar isə daha ilgincdir.

azsiyasət.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam