Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsgəndər Həmidov Nemət Pənahlının səs yazısına CAVAB VERDİ

 

 

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının səs yazısı yayılıb. Həmin səs yazısında sabiq daxili işlər naziri İsgəndər Həmidova qarşı söyüşlər də yer alıb.

 

Yenixeber.org: Səs yazısı Real  TV-nin "Mirşahinin vaxtı" proqramında yayımlanıb.

 

 

Nemət Pənahlı yayılan səs yazısının qurama olduğunu iddia edib: 

 

“Onu Azərbaycan Xalq Hərəkatında İsgəndər Həmidovla dalaşdığım vaxt yazıblar. Bir onu deyə bilərəm ki, yayılan səs yazısı montajdır. Bu işdə bir qurama olub. Belə ki, İsgəndər Həmidovla Xalq Hərəkatında toqquşduq. Müxtəlif adamlar mənə zənglər etdilər. Guya mənim adamlarım kimi İsgəndərə hücum çəkmək istəyirlər.  Ancaq heç bir təxribata  getməmişəm. Səs yazısını Qarabağ qaziləri, “Qurtuluş” Partiyasının üzvləri yazıblar. Onların qərargahında oturmuşuq. 4 gün söhbətimiz olub. Onların təkliflərindən imtina etmişəm”.


Nemət Pənahlı İsgəndər Həmidovla heç vaxt dost münasibətində olmadığını da söyləyib:


“İsgəndər Həmidovla heç vaxt dost-qardaş mahnısı oxumamışam. İsgəndər Həmidov daxili işlər naziri olarkən onunla ziddiyyətim olub. İnternet kanallarına baxsanız,  görərsiz ki, tənqidi fikirlərimi İsgəndər Həmidova canlı efirdə demişəm. İsgəndər Həmidovla millət xatirinə bir araya gəlmişik, dost-qardaş münasibətlərinə görə yox. Onun da, mənim də kifayət qədər tərəfdarımız var. Aramızda olan ziddiyyəti 1992-ci ildən bütün cəmiyyət bilir. Aydındır ki, İsgəndərlə dalaşdığım vəziyyətdə onu tərif edəsi deyiləm”.


Sabiq daxili işlər naziri İsgəndər Həmidov isə Nemət Pənahlının dediklərinə özünəməxsus tərzdə cavab verib:


“Nemət Pənahlı elə söz deyibsə, yaxşı edib. Nemət Pənahlıya cavab verməyəcəm. Düşünürəm ki, Nemət Pənahlı elə deməyib. Qarşıda ali məqsədim var. Onlara çatmaq istəyirəm.  Bunların hamısı ona görə edilir ki, bizi hədəfdən yayındırmaq istəyirlər. Hədəfdən də yayınan deyilik. Biz bir-birimizi kifayət qədər tənqid etmişik, ancaq düşmənçilik etməmişik. Ona görə fikir vermirəm. Daha doğrusu, başımı elə xırda məsələlərə qatmaq istəmirəm. Daha böyük ali məqsədlərim var”.(modern)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam