Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Anar “susmaq qızıldır” prinsipini üstün tutdu

 

Xalq yazıçısı Anar 162 saylı məktəbin  intihar edən şagirdi, 14 yaşlı Elina Hacıyeva haqqında məqalə yazıb.

Yenixeber.org:Məlumata görə, Xalq yazıçısı yazdığı məqalədə yeniyetmə Elinanın intiharına  hamı kimi dərindən sarsıldığını bildirərək ailə üzvlərinə  dərin hüznlə başsağlığı verib. Məqalədə diqqət çəkən məqam xalq yazıçısının Səbail rayon icra akimiyyəti başçısının xanım müavini Xalidə Bayramovanı müdafiə etməsi olub. Məqalənin həmin hissəsində bunlar qeyd olunub. 

“Yazıçılar Birliyi Səbail rayonun ərazisində yerləşir və bu rayonun İcra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etməkçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm. 

“Yeni Müsavat”  qəzetində bir neçə hörmətli deputatın fikirləriylə tanış oldum. «Hələ istintaq gedərkən kiminsə haqqında fikir söyləmək doğru olmaz» deyirlər. X.Bayramovaya qarşı ədalətsizliyin yolverilməz olduğunu deyirlər və mən də bu rəylərlə razıyam. Başqa bir deputatın verdiyi sual da yerindədir: «Yəni doğrudanmı cəmiyyətdə insanların bir-birinə qarşı mərhəmət hissi azalıb?”

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın Xalidə Bayramovanı müdafiə etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta Xalq yazıçısı bu mövqeyinə görə kəskin tənqid olunub. 

Məsələ ilə bağlı xalq yazıçısı Anara müraciət edlib. AYB sədri açıqlamasında ətraflı danışmaq istəmədiyini deyib. 

“Xalidə Bayramova barədə yazdığım məqaləyə görə kimlərsə tərəfindən qınanıldığım barədə məlumatlı deyiləm. Heç bu barədə məlumat almaq fikrim də yoxdur. Onlara cavab vermək niyyətində deyiləm. Bu da mənim cavabımdır”.(Modern. az)


.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam