Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elina ilə bağlı istintaqın gedişindən nə xəbər var? -Rəsmi AÇIQLAMA

Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın intiharı ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Yenixeber.org: Məlumata görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sorğusuna cavab olaraq bildirib.

E.Sultanov qeyd edib ki, faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri Bakı Şəhər Prokurorluğunda davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. 

Baş Prokurorluğun məlumatına görə, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məktəbin direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Təhsil Nazirliyi S.Abbasovanı direktor vəzifəsindən azad edib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Elina Hacıyevanın anası Sevinc Hüseynovanın hüquqlarının müdafiə olunması üçün vəkillər-Sevinc Əliyeva, Azər Nağıyev, Emin İsayev tərəfindən təmənnasız hüquqi yardım verilməsini təmin edib. (Modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam