“Bu qədər də olmaz...”
Fevralın 6-dan etibarən jurnalist, şəhid qardaşı Xəyyam Salmanzadə “Azərbaycan Dəmir Yolları” QSC rəisi Cavid Qurbanova ardıcıl olaraq müraciət edir

Yenixeber.org: Kəlbəcərin deputatı olan baş dəmiryolçu isə şəhid qardaşının müraciətlərini görməzdən gəlir. 

Artıq bir aydan çoxdur ki, C.Qurbanova mətbuat tribunasından üz tutan X.Salmanzadə daha nə edəcəyini bilmir. Onun qəbuluna düşmək istəyən məcburi köçkün qeyd edir ki, günah ondan keçib: 

“Mən istəyirdim ki, Cavid Qurbanovun şəxsən özünə məsələni məruzə edim və mətbuata, sosial şəbəkələrə çıxmadan tədbir görsün. Çünki hadisənin mətbuatda təfərrüatı ilə açıqlanmasının əleyhinə idim. 

Ancaq şəhid qardaşına 10 dəqiqə vaxt ayırmayan millət vəkili bu cür davranırsa, babalı öz boynuna. İş bizdən keçib. 

Bu yaxınlarda bir çox saytlarda istinadla 20 Yanvar günü şəhid ailəsinin dəmiryol idarəsinin əməkdaşı tərəfindən nalayiq sözlə təhqir olunmasının detallarını bəyan edəcəyəm. 

Görək, onda hansı reaksiyanı verəcək?! Sonra mətbuat xidmətini, köməkçiləri üstümüzə göndərib minnətçi düşməsinlər. Mən bir aydır problemi görüşüb aydınlıq gətirilməsinin tərəfdarıydım. 

Ancaq Cavid Qurbanov özünü köçkün rayonun deputatı kimi aparmır. Onun seçki ərəfəsində vətəndaşların, şəhid ailələrinin, qaçqınların müraciətlərinə həssaslığı daha çox olmalıdır. 

Ancaq mən fevralın 6-dan bildirirəm ki, məni qəbul edin, əməkdaşınız 20 Yanvar günü şəhid ailəsini aşağılayıb, tükünü də tərpətmir. Bu qədər laqeydlik olmaz”. 

X.Salmanzadənin ailə üzvlərindən birinin qarşılaşdığı o hadisədən sonra müalicəsi ilə məşğul olub. 

ADY əməkdaşı tərbiyəsizlik edərək şəhid ailəsini təhqir edib. Ən dəhşətlisu budur ki, hadisə 20 Yanvar günü baş verib. Amma C.Qurbanov işçisinin tərbiyəsiz hərəkətinə göz yumur. 

Deyəsən, millət vəkilini yalnız maliyyələşdirdiyi, sponsorluq etdiyi saytlarda özünün reklamı maraqlandırır. 

X.Salmanzadə bildirib ki, C.Qurbanov “Aşıq Şəmşir” İB adından seçkidə prezident İlham Əliyevə səs verməyə çağırıb: 


“Ancaq şəhid ailələrinə, köçkünlərə münasibıəti ilə prezidentin siyasətini baltalayır. Bu təşkilata ayrılan pullar, sponsorluq etdiyi saytlar hər nə qədər təbliğatını aparsa da, faktiki olaraq öz əməli ilə prezidentə hansı zərbəni vurduğu göz qabağındadır”.

Onu da demək yerinə düşər ki, C.Qurbanov ADY-na rəis təyin olunduğu vaxtdan müxtəlif idarələrdə, depolarda maxinasiya faktları, milyonluq yeyintilər davam etməkdədir. 

C.Qurbanov heç də Arif Əsgərovdan fərqli iş görmür. Məsələn, Gəncə Lokomotiv deposunda olan neqativ hallar göz deşir. 

İslam Əsgərovun rəisi olduğu Gəncə Lokomotiv Deposunun 1000 nəfərə yaxın işçisi var. İşçilər ancaq burada aylıq əmək haqqı alırlar ki, bunun da 20-30 manatı rəisə tutulur. 

Ezamiyyət, məzuniyət və yatmamağa görə əlavə ödənilməli olan pullar İslam Əsgərov tərəfindən mənimsənilir ki, bu da milyonlarla manat edir.

Ziya Məmmədov tutduğu vəzifədən uzaqlaşdırlsa da onun yaxın adamı olan İslam Əsgərov kimi korrupsiyaya qurşanmış rəis hələ də insanlara qan uddurur. 

İslam Əsgərov hətta indi də Ziya Məmmədovla tez-tez görüşüb əlaqə saxlayır, tapşırıqlarını yerinə yetirir.(fia.az)