Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Cavid Qurbanovun ''Obnaliçka'' əməliyyatları Müşfiq Tükanov tərəfindən həyata keçirilir-İTTİHAM

 

 

 

Cavid Qurbanovun ''Obnaliçka'' əməliyyatları Müşfiq Tükanov tərəfindən hıyata keçirilir

Özünü spikerə bənzədən Müşfiq Tükanov indi də atları üçün hovuz tikdirib

Yenixeber.org: Keçən yazımızda hal-hazırda fəaliyyət göstərməyən “DəmirBank”ın “Mərkəz” filialının keşmiş müdiri Müşfiq Tükanovun 10 YY 004 nömrəli Mercedes-Maybach S-500 alması barədə məlumat vermişdik.
Müşfiqin bu hərəkətiylə özünü spiker Oqtay Əsədova bənzətməq istəməsi ilə bağlı verilən məlumat sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmamışdır.

Həmin yazıdan sonra redaksiyamızla əlaqə saxlayan Rəşad Rüstəmov adlı şəxs Müşfiq Tükanovun “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov üçün “obnaliçka” işləri ilə məşğul olduğunu vurğulayıb.

Mənbənin verdiyi məlumata görə Müşfiq Tükanov Cavid Qurbanovla münasibətləri onun oğlu vasitəsi ilə qura bilib.

Belə ki, Müşfiq Tükanov Cavid Qurbanovun oğul nəvəsinin kirvəsidir. Daxil olan məlumata görə Müşfiq Tükanovun ofşor şirkətinə Dəmiryol idarəsindən vurulan pullar sonra yenidən nağd şəkildə Müşfiq Tükanov vasitəsi ilə Cavid Qurbanova qaytarılır. Bu “obnaliçka” əməliyyatlarından yaxşı qazanc əldə edən Müşfiq Tükanov özünü spiker Oqtay Əsədova bənzədərək təkcə, spiker gəzən xidməti avtomobildən almayıb.

Redaksiyamıza Müşfiqin, at həvəskarı olduğuna görə at saxlaması barədə məlumat daxil olub. Mənbənin 365İNFO.ORG-a verdiyi məlumata görə Müşfiq atları öz bağında saxlayır və atlar üçün hovuz tikdirib ki, onlar hovuzda çimə bilsinlər.

Mənbə haqlı olaraq bildirir ki, təxminən 15 il əvvəl Müşfiq Tukanov “DəmirBank”-ın “Mərkəzi” filialında Azercell-in müştəri xidmətlərini təmsil edirdi. O vaxtları o Dəmiryol rəhbərliyinin mobil telefonlarının pullarını əvvəlcədən ödəyirdi və sonradan oturub onları gözləyirdi ki, nə var, nə var onlar “DəmirBank” -ın “Mərkəzi” filialına gələrək onun ödədiyi pulun üstündə biraz artıq ona pul verəcəklər və onun da üzü güləcək.

O vaxt Müşfiq Tükanovun müştərilərinin siyahısında “Azərbaycan Dövlət Dəmir yolları” QSC-nin sabiq sədri Arif Əsgərov, nazir müavini Musa Pənahov, əsas isə tanınmış iş adamı Bəhram Yaradanquliyev olub. Müşfiq o vaxtlar Bəhram Yaradanquliyevin qabağına qaçardı ki, Bəhram müəllim onun oxuduğu “Narxoz”un illik təhsil haqqını versin. Axı o zaman Müşfiq kasıb uşaq idi və onun pula böyük ehtiyacı var idi.

Sonra Müşfiq Mərkəzi Bankın sədri Elman Rüstəmovun müşaviri Abdulla Məlik-Aslanovun qızı ilə ailə qurdu və qaynatasının hesabına özünü “DəmirBank-ın “Mərkəzi” filialının müdiri vəzifəsində sınadı. Milli Bankdan 2 “Kamaz” pul itəndən sonra və MTN Abdulla Məlik-Aslanovu həbs edən kimi, Müşfiq ondan imtina etdi.

Xatırladaq ki, həmin sensasiyalı hadisə ilə bağlı mətbuatda yayılan məlumata görə Keçmiş Milli Təhlükəsizlik Nazirliyi bir neçə il əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Abdulla Məlik-Aslanovu saxlayıbmış. Buna səbəb onun Mərkəzi Bankdan külli miqdarda pul oğurluğu ilə bağlı baş verən bu məşhur qalmaqalda şübhəlilərdən biri olması imiş. Bu barədə «Unikal»a etibarlı qaynaqdan verilən məlumatda bildirilirdi ki, 2000-ci illərin ortalarında yeni dövriyyəyə buraxılan pulların sifarişi, daşınması və qəbulu ilə birbaşa məşğul imiş. Elə ortaya çıxan qalmaqalda da diqqətlər öncə Məlik-Aslanovun üzərinə yönəlib. Həmin vaxt Eldar Mahmudovun rəhbərlik etdiyi qurum bu səbəbdən onu saxlayıb və məqsəd ondan Mərkəzi Bank rəhbərinin əleyhinə baş verənlərlə bağlı ifadə almaq olub. «Görünür, sonrakı mərhələdə həmin ifadə əsasında Rüstəmovun həbsi nəzərdə tutulurmuş», – deyə qaynaq bildirib. Mənbənin bildirdiyinə görə, həmin vaxt bu plan işləməyib. Aslanov baş bankir əleyhinə ifadə verməkdən imtina edib. Bundan sonra Mərkəzi Bankın bir neçə vəzifəli şəxsi ilə birgə Abdulla Məlik-Aslanov da görəvindən kənarlaşdırılır.

Maraqlıdır ki, onun vəzifədən kənarlaşdırdığı Abdulla Məlik-Aslanov bir müddət sonra baş bankirin əmri ilə Mərkəzi Bankın İdarə Heyətinin sədrinin müşaviri postuna gətirilir. Qaynaq hesab edir ki, bu, onun Elman Rüstəmov əleyhinə ifadə vermədiyi üçün Mərkəzi Bank tərəfindən mükafatlandırılmasıdır.

Xatırladaq ki, məlum cinayət Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırılıb, təqsirləndirilənlər arasında Mərkəzi Bankın demək olar, heç bir yüksəkçinlisi olmayıb. İki “Kamaz” yükü pulun oradan çıxarılmasının məsuliyyəti ancaq aşağı vəzifəli şəxslərin üzərinə qoyulub Həmin vaxt -Abdulla Məlik-Aslanovun həbsindən sonra Müşfiq yaxın ətrafına bildirdi ki, o Məlik-Aslanovun qızı ilə ailə qurmayıb, onun baldızı qızı ilə ailə qurub. Yəni ,onu, daha Məlik-Aslanovla heç nə bağlamır.

Və bu gün 365İNFO.ORG-a məlumatı göndərən şəxs mətbuat vasitəsi ilə Müşfiq Tükanova sual verir ki,” vaxtı ilə Bəhram Yaradanquliyev kimi şəxsiyyətin hesabına “Narxoz”-u bitirdin, boya başa çatdın, indi heç olmasa Bəhram Yaradanquliyevnən bir dəfə də olsun maraqlanmısanmı?” Əlbəttə ki, yox. Çünki ona bu saat o vaxt Bəhram Yaradanquliyev lazım olan kimi, indi də Cavid Qurbanov lazımdır. Axı bu gün Müşfiqin “çörəyi” Cavid Qurbanovdan çıxır. Yəqin ki, vaxt gələcək Müşfiq Tükanov Cavid Qurbanovu da Bəhram Yaradanquliyev kimi unudacaq və özü-özündə deyəcək ki, “əşşi, Caviddi də keçmişdə qaldı, necə ki, Bəhram Yaradanquliyev onun üçün artıq keçmişdə qalıb”.(xeberfakt.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam