Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Politoloq Cavid Qurbanovun xeyrinə namizədliyini geri götürdü

 

Politoloq Ramiz Alıyev deputatlığa namizəd olduğu 123 saylı Kəlbəcər seçki dairəsindən YAP-ın həmin dairədən vahid namizədi, hazırki deputat, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun xeyrinə öz namizədliyin geri götürdüyünü bəyan etdi və öz seçicilərini Cavid Qurbanova səs verməyə çağırdı.

"Xeberinfo.com":   Məlumata görə, bəyanatda deyilir: “Mən 123 Saylı Kəlbəcər seçki dairəsi üzrə bir çox görüşlərdə oldum və əhali ilə söhbətlər apardıq. Bütün görüşlərimdə bir daha ölkəmlə, dövlətimlə və cənab Prezidentim ilə fəxr etdim. Hər görüşdə seçicilərin dövlətimizi və cənab prezidentimizi dəstəklədiklərini və daima cənab Prezidentin ətarında sıx birləşib işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsində, ölkəmizin inkişafında, dövlətimizin müstəqilliyinin qorunmasında cənab Prezidentə və ona sadiq olan komandaya dəstək olacaqlarını bəyan etmələri məni çox sevindirdi. Seçiciler bildirdiler ki, biz hazırki deputatımız Cavid Qurbanovdan çox razıyıq və onun cənab Prezidentə sədaqətlə xidmət etməsini dəstəkləyirik.
Beləliklə mən özüm də, məni dəstəkləyən gənclər və seçicilərim də 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi, hazırki deputat Cavid Qurbanova dəstək oluruq və həmin dairənin seçicilərini bizimlə birlikdə Cavid Qrubanvova səs verməyə çağırırıq. ” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam