Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Aşağı yuxarıya, yuxarı lap yuxarıya “haqq” verir– “Respublikanski”dən reportaj

 

Yenixeber.org:  …Poliklinika, doğum, terapiya, travmatologiya – hansı şöbəyə girirsənsə, əlin cibində olmalıdır. İnsafən, burada həkimə “hörmət”in qiyməti ucuzdur.

► Səliqəli şərait, vicdanlı rüşvət…

Söhbət Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından gedir. Bina yeni təmir olunub. Şəraitə söz ola bilməz. Liftlər işləyir, otaqlar səliqəli, çarpayılar təmiz…

Di gəl dəhşətli ağır qoxudan şöbənin dəhlizlərində dayanmaq mümkün deyil. Arabir nəfəsliyi, pəncərəni açıb havanı da dəyişmirlər ki, üfunət iyi çəkilsin.

Ancaq əsas məsələ pulun qoxusudur ki, burada həkimdən tutmuş tibb bacısına qədər hər kəs maaşdan əlavə “qaz vurub, qazan doldurur”.

Həkimlər isə danışanda şikayətlənirlər ki, bu pulu tək yemirlər, onlar da yuxarıya, yuxarı da lap yuxarıya “hesabat” verməlidir.

Bu da təbiidir. Dövlət tərəfindən ayrılan maliyyəyə əsaslı şəkildə təmir olunan dövlət xəstəxanası respublikanın hər bölgəsindən, kəndindən xəstələr qəbul edir.

Ona görə də hər gün səhər tezdən axşama kimi “Respublikanski”nin şöbələrində, dəhlizlərində, həyətində adam əlindən göz gözü seçmir.

Ancaq dövlət xəstəxanası digər dövlət səhiyyə ocaqlarından rüşvətxorluqda vicdanlıdır. Çünki burada həkimə verilən pul 10 manat, tibb bacısını 1-2 manatdır.

Düzdür, pul verməsən üzünə baxan da olmayacaq. Hələ bir təpinəcəklər ki, səni müayinə etmişik, resept yazmışıq, zəhmət haqqımızı ver.

Yəni, bineyi-qədimdən bu xəstəxana belədir. Aşağıdan yuxarıya qədər piramida şəklində olan “ver, görüm” yığımını xəstəxanaya gələn pasinetlər də qabaqcadan yaxşı bilirlər.

► Baş həkimin qiymət kataloqu – Rəqəmlər

Respublika Klinik Xəstəxanasında hər işin öz məbləği var. Əsasən rayonlardan və kəndlərdən gələnlər bura müraciət edirlər.

Reanimasiya otağında xəstəyə yaxşı nəzarət olunmağın yolu var; həkimə gündəlik azı 10 manat verməlisən. Tibb bacıları da şəbəkəyə daxildir. Onlara da 3-5, sanitara 2 manat verilməlidir.

Kim zobdan müayinə olunmaq istəyirsə 20 manat ödəməlidir. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gəlir. Bundan başqa burada qanın ümumi analizi 10 manatdır.

Qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 10, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir.

Deyirlər ki, döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır.

Doğum şöbəsinin təyin etdiyi qiymət cədvəli isə vətəndaşlarda sancılanma yaradır. Qeysəriyyə əməliyyatına hazırlaşanlar 800 manat ödəməlidir.

Nervpotoloq, terapevt, ginekoloq qəbuluna düşəndə azı 10 manat həkimin cibinə qoymalısan.Yunis/AzEuroNews.com/ 

►►► Reportaj zamanı xəstəxana rəhbərliyi ilə görüşmək istəsək də, bu heç cürə mümkün olmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam