Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Genosid – lənətə gəlsin bu söz və onu uyduranlar!” -erməni tarixçi-bloggerdən növbəti ifşaedici çıxış

Xarkovda yaşayan erməni əsilli ictimai xadim, tarixçi, ədəbiyyatçı və blogger Filipp Ekozyantsın erməni yalanlarını necə faş eləməsi haqda onun YouTube-də yerləşdirdiyi və daha sonra isə sosial şəbəkələrdəki səhifələrində paylaşdığı “Erməni köçü” adlı maraqlı videorolik haqda məlumat verilib.

Yenixeber.org:  Bu gün onun daha bir videorolikini – “Hay” xalqı üçün psixo-tarixi tələ” adlı çıxışını tərcümə variantında oxucuların diqqətinə çatdırırıq.

“Bizim hər birimiz nə vaxtsa, heç olmasa, bir dəfə eşitmişik ki, Ermənistan vaxtilə böyük dövlət olub. Bu haqda artıq çoxlu sayda kitablar yazılıb, “qəhrəmanlar” və “satqınlar” müəyyən edilib... Bu kitablardan belə qənaət hasil olur ki, sonuncu böyük erməni dövləti 2 min il əvvəl mövcud olub. O vaxtdan 20-ci əsrə kimi ermənilərin, ümumiyyətlə, dövləti olmayıb. Hərçənd, həmin kitablara görə, bu müddətdə ermənilər stabil şəkildə eyni ərazidə məskunlaşıb – “qədim və köklü Ermənistan” ərazisində.

Ermənistanda hər kəs üçün müqəddəs olan bu versiya haqda qısaca bu qədər. Ancaq mən çoxdan bir maraqlı fakta diqqət kəsilmişəm. Bütün sivil dünya – ABŞ-dan tutmuş Çinə, İsraildən Norveçə kimi - Ermənistanı Ermənistan, erməniləri – erməni adlandırır. Ancaq dünyada bir xalq, bir azsaylı xalq var ki, onun dilində “erməni” sözü yoxdur. Və ya bu sözə oxşayan bir söz onun dilində mövcud deyil. Nə qədər paradoksal olsa da, bu xalq – ermənilərdir. Onlar bütün dünyadan fərqli olaraq özlərinə “hay” deyirlər. Yəni “erməni” sözünə əsla oxşamayan bir ad. 
Mən bir dəfə növbəti tarixi bir opusu oxuyarkən özümə birbaşa sual verdim ki, bəlkə heç bu “hay” xalqının erməni xalqına heç bir dəxli yoxdur? Bəlkə bu “hay” xalqının tamam ayrı, öz tarixi var? Və bəlkə doğrudan da onun böyük tarixi var?.. Ola bilsin “hay” xalqı başqa ad altında və başqa bir keçmişlə yaşayır. İki tarix – biri həqiqi, biri uydurma...

Bu gün mən “hay” xalqımızın necə tarixi-psixi tələyə salındığını aydın şəkildə görürəm – o tələdən ki, xalq heç cür çıxa bilmir. Tələ ondan ibarətdir ki, biz yalnız qırıq faktlara əsaslanan bir tarixi şişirtməklə məşğuluq və o xalqın tarixindən danışırıq ki, o, özünü bizim adlandırdığmız kimi yox, tamam başqa cür adlanıdırır. Əlimizi ürəyimizin üstünə qoyub deyə bilərik ki, biz “tarixi Ermənistan” deyilən ərazidə ta 15-ci əsrin ortalarına kimi nə baş verdiyi barədə dəqiq heç nə bilmirik. Hay xalqı isə dəqiq bilir ki, o, son əsrlər ərzində Osmanlı imperiyasının tərkib hissəsi olub, orada ləyaqətli yer tutub, ona böyük sərkərdələr, vəzirlər, alimlər, müdriklər, həkimlər, ustalar, ticarətçilər və s. bəxş edib. Sadə insanlar bir-biri ilə yanaşı yaşayıblar.

Di gəl, bu tarixi biz nədənsə öz tariximiz hesab etmirik. Biz onu yad sayır və sevmirik. Halbuki bu tarixi dönəm haqda Rusiyadan tutmuş İrana, Avropaya kimi, ABŞ-a kimi arxivlərdə olduqca böyük sayda səhih sənədlər, sübutlar var. Ən başlıcası bunlar Ermənistanın və təbii ki, Türkiyənin arxivlərində də var. Osmanlı dönəminədək olan tarix isə qaranlıqla örtülüdür və fantaziyaların məhsulundan savayı bir şey deyil.
Fikrimcə, özümə verdiyim sualın cavabı çox sadədir və üzdə, ən görməli yerdədir: bu da odur ki, haylar osmanlı olublar. Hay xalqı bütün dünyaya böyük Osmanlı imperiyası kimi məlum olan bir imperiyanın qəlpəsidir. Türklər də eyni imperiyanın qəlpəsidir – lakin daha böyük qəlpəsi. Yunanlar, bolqarlar, bizlər – osmanlı olmuşuq. Xoşumuza gəlsə də, gəlməsə də, bu haqda düşünməli, bu haqda danışmalıyıq.
Bəli, böyük bəla baş verdi və bu bəla osmanlı qəlpələrini bütün dünyaya səpələdi. Bizlərdən bəzilərimiz arasında indi uçurum var. Lakin bu, lap yaxınlaradək mövcud olmuş bir faktı – bizim bir vahidin, osmanlının hissələri olmağımızı danmır.

O vaxt Ermənistan dövlət olaraq hələ mövcud deyildi. Yüz minlərlə ermənini xilas edən Rusiyanı vətəndaş müharibəsinin alovu bürümüşdü. Avropa isə təzə-təzə anlamağa başlayırdı ki, bizim xalqın başına nə gəlib.Böyük bəladan danışarkən mən bir məsələni də qeyd eləməyə bilmərəm – bu da hayların dilində heç vaxt olmayıb. Bu “genosid” sözüdür. Bəli, ötən əsrin əvvəllərinə böyük bəla baş verib. Nə baş verib, onu da yaxşı bilirsiniz (ermənilərə xitabla - red.). Onu da bilirsiniz ki, cinayətkarlar elə türk xalqının özü tərəfindən tutulub və edam edilib. Bu, müstəsna olaraq türk xalqının iradəsi əsasında baş verib. Hər halda, o vaxt türk xalqından belə bir məhkəməni heç kim tələb eləmirdi və tələb edə də bilməzdi.

Filipp Ekozyants: “Bütün dünya Ermənistanı Ermənistan, erməniləri – erməni adlandırır, ancaq dünyada yeganə bir xalq var ki, onun dilində “erməni” sözü yoxdur. Bu - ermənilərdir”

Əlbəttə ki, belə bir məhkəmədən sonra da yaraları sağaltmağa uzun müddət lazım oldu. Ancaq yerdəki yaraların çoxu sağalıb: Varfolomey gecəsindən sonra fransızlar barışdı, üst-üstə birilərindən 30 milyon nəfər adamı qıran almanlar və ruslar barışdılar. İndi onlar bir-birinə qarşı hər hansı nifrət bəsləmirlər. Bir-birinə qonaq gedir, futbol oynayır, birgə müəssisələr tikirlər – hərçənd, onların böyük bəlası Osmanlıdakı böyük bəla ilə müqayisədə lap yaxında baş verib. Hətta bunu öz gözləri ilə görənlərdən sağ qalanlar var.

Fəqət, hay və türk xalqlarına bu imkanı – barışıq imkanını vermədilər. O baş verdi ki, hadisədən 30 il sonra – 40-cı illərdə İsrail xalqının polşalı nəslindən olan biri “genosid” sözünü fikirləşib tapdı. Və o, öz din qardaşları ilə birgə and-aman edib bütün dünyanı inandırmağa çalışdı ki, Osmanlı İmperiyasında böyük bəla yox, məhz genosid baş verib. Və dünya da “böyük bəla”nın necə adlanmasına laqeyd olduğundan, yeni bir məhkəmə, yeni etiraflar və yeni cəzalar tələb edilməyə başladı – özü də bu təmizləmələri həyata keçirmiş və artıq həyatda olmayanlara qarşı yox, bütöv türk xalqına qarşı.

Həlak olanların varislərinə əfsus ki, bu böyük bəlanın bu cür təqdimatı, yeni ultimatum paketi, yeni iddialar paketi xoş gəldi və bu günədək də hər şeyi unudub yalnız bir ümidlə yaşayırlar: İsrail mənşəli polyak vəkilin fikirləşib tapdığı bu sözü bütün dünya tanıyacaq. Hay xalqı üçün, mənim babam üçün, atam üçün, xalqım üçün psixo-tarixi tələ dediyim də budur.

İndi isə bir anlığa təsəvvür edək ki, Türkiyə Osmanlı imperiyasında baş verən böyük bəlanı “genosid” adlandırmağı zəruri hesab edir, bir daha bunu törədənləri və artıq Yer üzündə olmayanları lənətləyir, həlak olanların varislərinin ailələrindən üzr istəyir, hamını təzədən ittiham edir, bir qrup radikalın törətdiyi bütün cinayətlərə görə bütün türk xalqını günahkar elan edir, hər öldürülən şəxsə, hər tərk edilən evə görə çoxlu pul ödəyir.

Və daha bir neçə on il keçir və hansısa bibliyaçı xəbər verir ki, bəs, demə ki, o vaxt heç də genosid olmayıb, bu tamamilə başqa cür adlanmalıdır, çünki genosid sözü də hələ o faciəni tam əks etdirmir. Onda necə olacaq? Yenə yeni məhkəmələr, ultimatumlar, iddialar? Hər şey təzədən başlayacaq?

                                      Beləcə, nifrət, boşluq, boşluq...

Sözlər. Onlar bizimlə, xalqlarla nələr eləmir? Ağlı əldən alan sözlər... Ola bilsin, böyük bəladan sonra ən böyük bədbəxtçilik də elə “genosid” sözünün kəşfi ilə hay xalqının başına gəlib. Lənətə gəlsin bu söz!

Mən əminım ki, bizim böyük tariximiz var. Ancaq bu tariximiz dünyada hamıdan çox nifrət elədiyimiz bir xalqla – osmanlılarla ümumidir.

P.S. Mən anadangəlmə mənsub olduğum xalqı sevirəm – onun böyük keçmişinin olub-olmamasından asılı olmayaraq. Fikrimcə, hər bir insan öz xalqını belə sevir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam