Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yolu keçən zaman telefonla danışan piyadalar cərimələnməlidirmi?

Yolu keçən zaman telefonla danışan piyadalar cərimələnməlidirmi?

 

Ərşad Hüseynov: “ABŞ-dakı bu yeniliyin ölkəmizdə tətbiqi üçün hələ tezdir”
“Piyadalarımızın öncə daha primitiv qaydaları mənimsəməsinə ehtiyac var”
Yenixeber.org: ABŞ-ın Havay ştatının paytaxtı Honolulu şəhərində “Telefondan istifadə edən piyadaya pul cəriməsi” qanun layihəsi qəbul edilib. Məlum qanunun qəbul edilməsində məqsəd piyadaların yolu daha diqqətli keçməsi, bu zaman diqqətlərinin telefonda deyil, yolda olmasını təmin etməkdir. 
Maraqlıdır, ABŞ-dakı bu yenilik ölkəmizdə tətbiq edilə bilərmi? Bu qanunun tətbiqi qəzaların və piyada ölümlərinin sayını azalda bilərmi?
Moderator.az -a açıqlama verən tanınmış hüquqşünas, yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov məlum yeniliyi təqdir etsə də, belə bir qanunun ölkəmizdə tətbiqinin tez olduğunu vurğuladı:
“Təbii ki, yolu keçən piyadanın diqqətli olması, bütün diqqətini yola yönəltməsi vacibdir. Piyadanın yolu qısa zamanda, təhlükəsiz şəraitdə keçib getməsi lazımdır. Lakin qeyd etdiyiniz məsələyə gəlincə, ABŞ-dakı bu qanunun Azərbaycanda tətbiqi üçün zənnimcə, hələ tezdir. Məncə, indi belə bir qanun qəbul edilsə belə, bunun heç bir faydası olmayacaq. Çünki bizdə piyadaların xeyli hissəsi yolu hardan necə keçmək laızm olduğunu bilmir. Bu baxımdan öncə primitiv qaydaların öyrənilməsinə ehtiyac var. Qalan incəliklər isə bundan sonra gəlir. Indiki halda belə bir qanunun qəbulu vətəndaşlarla yol polisi arasında gərginliklərə səbəb ola bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam