Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda parkinqlər pulsuz oldu

Azərbaycanda parkinqlər pulsuz oldu

 

Azərbaycanda parkinqlərlə bağlı yeniliklər edilib

 

 
 Yenixeber.org: "Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinə edilən yeniliklər artıq qüvvəyə minib.
Yeniliklər parkinqlərdə əlillər üçün yerin ayrılmasını nəzərdə tutur və əlillər üçün ayrılan yerlərdə başqa sürücülərin avtomobili park etməsini qadağan edir. Bundan əlavə, parkinqdə ödənişdən artıq dayanan sürücülər barəsində elektron protokol tərtib oluna bilər. Üstəlik, ödəniş etmədən parkinqdə maşın saxlayanların da cərimələnməsi nəzərdə tutulur. Daha bir yenilik avtomobilin parkinqdə saxlanma qaydası ilə bağlıdır. Belə ki, parkinqdə nəzərdə tutulan qaydadan fərqli - parallel və ya perpendikulyar - maşın saxlamaq 20 manat cərimədir. Həmçinin, parkinqdə müxtəlif üsullarla başqa yerləri zəbt etmək də məsuliyyətə səbəb ola bilər. Bütün bunlarla bağlı mexanizm hələ işə düşməsə də, sürücülər üçün ən vacib yenilik parkinqlərdən pulsuz istifadə ilə bağlıdır.
"Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinin 15-ci hissəsində 15 dəqiqəyədək pulsuz parklanmaya konkret olaraq icazə verir. Həmin maddə belədir:
XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. 
Özü də nəzərə almaq lazımdır ki, bu norma tək Bakıya yox, bütün ölkəyə aiddir. Qeyd edək ki, bu yeniliklər ötən il Milli Məclisdə qəbul edilsə də, bu il iyulun 1-dən qüvvəyə minib. (avtosfer.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam