Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yol hərəkəti qaydalarında dəyişiklik

 

Azərbaycanda yol hərəkəti qaydalarında yeniliklər tətbiq olunur, qaydalar dəyişdirilir.
"Xeberinfo.com": APA xəbər verir, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 1-ci maddəsinə bir sıra əlavə və dəyişikliklər təklif edilir.
Qanunun 1-ci maddəsinə təklif olunan bəndə görə, “avtomagistralın hərəkət hissəsində nəqliyyat vasitəsinin dayanması və durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir”.
Bundan başqa, maddəyə təklif edilən digər bəndlərdə ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin təsnifatı verilir.
Qanuna təklif olunan 51-ci bəndə görə, “ağırçəkili nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və yüksüz nəqliyyat vasitəsidir”.
Təklif edilən 52-ci bəndə görə isə “iriqabaritli nəqliyyat vasitəsi – ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametrlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 16-da müzakirəyə çıxarılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam