Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıdakı məşhur bazarın keçmiş sahibi özünü niyə öldürdü?– TƏFƏRRÜAT

Bakıdakı məşhur bazarın keçmiş sahibi özünü niyə öldürdü?

 

Bakı şəhərinin Suraxanı rayonunda biznesmenin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb

 

Yenixeber.org: Bir vaxtlar iş adamı kimi tanınan və Yasamal rayonundakı “Şüşəli bazar”ın sahibi olan Qulu Quliyevin külli miqdarda kredit borcuna görə özünü öldürdüyü məlum olub.

Belə ki, son illər uğursuzluq zolağından çıxa bilməyən və biznesi batan iş adamının 3 banka külli miqdarda borcunun olduğu müəyyənləşib. Onun fəaliyyətini dayandırmış banklardan birinə 90 min manat borcunun olduğu məlum olub. Həmçinin başqa iki bankdan götürdüyü kreditləri də vaxtında qaytara bilməməsi Q.Quliyevi çıxılmaz vəziyyətə salıb.

Hadisənin baş vermə şəraitinə gəlincə, dekabrın 2-nə keçən gecə Q.Quliyev yaşadığı Hövsan qəsəbəsindəki fərdi yaşayış evinin həyətində özünü asıb. Dünən səhər saatlarında ailə üzvləri onun cansız bədənini asılı vəziyyətdə aşkarlayıblar.

Araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam