Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı biznesmenlər Moskvada bazar alıb -“Vedomosti”

55-633

 

VTB bazarı iş adamlarına ilkin dəyərindən üçqat ucuz satıb

Xeberinfo.com:  “VTB Qrupu” “Velazavod bazarı” ASC-nin səhmlərinin 100%-nin satıldığını bəyan edib. “Vedomosti” qəzetinə istinadən xəbərə görə, əqdin dəyəri 712 mln. rubl təşkil edir. Bazar Moskvanın cənubunda yerləşir.

Bank alıcının adını açıqlamayıb. Lakin “Vedomosti”nin əldə etdiyi məlumata görə, bazarın yeni sahibi “Kiyev meydanı” QSC-dir. Şirkətin rəsmisi informasiyanı təsdiqləyib.

Qeyd edək ki, “Kiyev meydanı” QSC Azərbaycan əsilli iş adamları Qod Nisanov və Zarax İliyevə məxsusdur.

7852

“Velazavod bazarı” ASC 2014-cü ildən etibarən “VTB Qrupu”nun aktividir. Ötən ilin sentyabr ayında bank bazarı 2,4 mlrd. rubla satmağa cəhd edib. Lakin bankın cəhdi uğursuz alınıb.

“Kiyev meydanı”nın rəsmisi iddia edir ki, bazarın fəaliyyət istiqaməti dəyişməyəcək. Lakin bazarda ciddi rekonstruksiya işləri aparılacaq.

Xatırladaq ki, Q. Nisanov və Z. İliyev “Forbes” jurnalının versiyasına əsasən, 2016-cı ilin “daşınmaz əmlak kralları” (daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən) reytinqinə başçılıq edib. Beləliklə, “Kiyev meydanı” 2015-ci ildə əldəki nailiyyətini təkrarlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam