Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“İqtidar daxilində sabotajla məşğul olan qüvvələrin olması istisna deyil” -Deputatdan şok açıqlama

 

Zahid Oruc: “Prezidentin komandasında yer alıb, xalqın istəklərini yerinə yetirmək gərəkdir, bu, ən yaxşı yoldur”

Yenixeber.org:  Hakimiyyət daxilində ona qarşı təhlükəli qüvvələrin formalaşdığı barədə zaman-zaman fikirlər səslənir. Maraqlıdır ki, iqtidar mətbəxinə yaxın və iqtidar komandasında təmsil olunan şəxslərin açıqlamalarında da belə fikirlər ortaya atılır.


Son olaraq, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev belə bir açıqlama ilə çıxıb edib. O bildirib ki, Azərbaycana ən böyük təhlükə Rusiyadan gəlir və bu təhlükənin qarşısının alınması üçün Azərbaycanda Rusiyanın diktəsi ilə hərəkət edən kim varsa, zərərsizləşdirilməlidir. Onun fikirlərinə münasibət bildirən YAP-çı deputat Siyavuş Novruzov da həmkarına dəstək verib.


İqtidaryönlü deputat Zahid Oruc isə belə iddialara sadə dillə cavab verməyin mümkünsüz olduğunu söylədi:“Bu, geniş təhlillər, araşdırmalar, faktlar, həmçinin məxfi məlumatlar tələb edir. Əgər biz bunu 2013-cü ildə deyən şəxslərə qarşı kəskin şəkildə çıxsaydıq, üstündən iki il keçəndən sonra həmin mövqeyi süngü ilə qarşılayanları haqlı olaraq cəmiyyət qarşısında açıq-aşkar günahlandırardılar. Çünki hakimiyyət sistemi içərisində ölkə rəhbərinin etimadından sui-istifadə edən, özünə böyük imperiya quran və bununla cəmiyyət, bütövlükdə millətin mənafeləri əleyhinə fəaliyyət aparan, böyük bir strukturun fəaliyyətini iflic edən, Azərbaycanın təhlükəsizlik mənafelərini sındıran Eldar Mahmudov nümunəsi ortaya qoyulardı. Kiminsə siyasi iddialarını irəli sürməsi, qarşısına hədəflər qoyması, qruplaşma yaradıb hakimiyyətin vahidliyinə zərbə vurması hadisəsi bir qədər obyektiv şərhlər tələb edir. Dövlət başçısının rəhbərliyi ilə vahid komandanın illərdir göstərdiyi fəaliyyət, ölkəmizdə belə bir komandanın təkrarlanmaması göz önündədir. Arqumentlərlə gücümüzü sübut etmişik.

Image result for Zahid Oruc

Xatırlayırsınızsa, Milli Məclisdə bəzi nazirlər ayrı-ayrı strukturların fəaliyyətini ittiham edərkən, bununla onların vəzifə səlahiyyətlərini aşmaları və açıq şəkildə siyasi iddia irəli sürmələrini cənab prezident çox ustalıqla normal bir məcraya yönəltməyi bacarmışdı. O zaman ölkə başçısı qeyd etmişdi ki, o nazirlər vəzifələrindən gedib partiya yaradarlar, siyasətlə məşğul olarlar. Əgər bu dövlətin bir çətiri altında vahid komandanın tərkibində olub, komanda qaydalarına tabesənsə, bu halda göstəriş və tapşırıqların, kollektiv mübarizə normalarının ətrafında davranmalısan. Bunu etmədikdə, demək, sən hakim partiyanın, iqtidarın sənə verdiyi üstünlükləri öz mənafeyinə xərcləmiş olursan. Bu mövzunun hörmətli həmkarımız Qüdrət Həsənquliyevin son müsahibəsindən çıxdığı məlumdur. Qüdrət bəy kifayət qədər dövlətçi şəxsdir, istedadlıdır, kifayət qədər də bilgilidir. Cənab prezidentin ölkə başçısı olduğu dönəmi obyektiv dəyərləndirməyi bacaran şəxsdir. Amma bununla belə, demək, onu narahat edən ayrı-ayrı məqamları ümumiləşdiribsə, buna hörmət etmək lazımdır. Hazırkı dönəmdə hörmətli Mehriban xanımın I vitse-prezidentliyə gəlməsi və bunun rəsmiləşməsi, Əli Həsənovun söylədiyi kimi, İlham Əliyevin silahdaşlarının hamısının birləşməsini təmin edən, hətta onlara rəhbərlik edə biləcək bir hadisədir. Ona görə də bunun qarşısında hansısa qüvvə özünə kənardan himayəçi rəhbər axtararsa, bu onun işidir. Belələri bağlı kabinetlər içərisində, yaxud ayrı-ayrı paytaxtlardan, ünvanlardan qarantiya almaq eşqinə düşürsə, bu ilk növbədə özünü məhv etmək anlamına gəlir. 2005-ci il nümunəsini xatırlada bilərik. O zaman iki nazir vəzifələri ilə vidalaşmalı oldu. Onlardan biri müxtəlif səfirliklər səviyyəsində inqilablar, müxtəlif ssenarilər həyata keçirmək eşqinə düşmüş, təsir agentlərinin yeminə çevrilmişdi. Belə olan təqdirdə düşünmürəm ki, İlham Əliyevin iradəsindən kənar mövqe tutan şəxslər bununla uğurlu yol seçdiklərinin fərqində olsunlar. 70-ci illərdə ulu öndərin əleyhinə bir şəxs fəaliyyət aparmışdı. Ondan sonrakı dövr həmin şəxsin nə siyasi karyerası uğurlu oldu, nə də siyasətdə özünə yerə tapa bilmədi. Yaxud 1996-cı ildə Rəsul Quliyev parlament sədrliyindən getdi və bu illər ərzində onun Amerikada Azərbaycan amalı ilə hansısa bir konqresmenlə birləşib fəaliyyət apardığının şahidi olmamışıq. Yalnız monoloqlar söylədiyinin şahidi oluruq. Belə fəaliyyəti, yenə deyirəm, kimsə seçə bilər, amma nəticəsinin olmayacağı əvvəlcədən məlumdur. Prezidentin komandasında yer alıb, xalqın istəklərini yerinə yetirmək gərəkdir. Bu ən yaxşı yoldur. Peşəsini bilən şəxslərə ölkə başçısı etimad edir”.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bütün hakimiyyətlərdə belə qüvvələrin olduğunu söylədi: “Amma təhlükəsizlik xidmətləri bu kimi məsələləri nəzərə alır, önləyici tədbirlər görürlər. Məsələn, yaxınlarda ordumuzda Rusiyaya çalışan şəxslərin üzə çıxmasını nümunə göstərə bilərik. Bu bir sızma idi. Digər tərəfdən, dövlət içərisində pozucu ünsürlərin olması, sabotajla məşğul olanların varlığı, şəxsi maraqlarını hər şeydən üstün tutanların olması mümkündür. Azərbaycanda Strateji ”Yol Xəritəsi" hazırlanıb, özü də çox yaxşı hazırlanıb. Amma bunun həyata keçməyinə mane olan nazirliklər, məmurlar varsa, bu da hakimiyyətin əleyhinə işləyən amildir. O şəxslər istəsələr də, istəməsələr də yürüdülən siyasətə zərbə vururlar. Bunlar artıq hakimiyyətlə komanda kimi davranmırlar. Bunun da yolu həmin kadrların dəyişilməsidir. Zaman-zaman bu istiqamətdə siyasət aparılır, bəzi məmurlar gözümün qarşısında hətta nazirlik səviyyəsində həbslərə məruz qalırlar, gəncləşmə siyasəti yürüdülür. Bunu təkcə ölkəmizə aid etmək düzgün deyil. Dünyanın hər yerində belə hadisələr olur. Amma indiyə qədər Azərbaycanda çox da təhlükə törədən hadisə baş verməyib. Hakimiyyət içərisində savaş açmaq hər zaman olub. Azərbaycanda da oliqarxlar iş başına gəldikdən, imkanlarını artırdıqdan sonra siyasi ambisiyaları artır. Nəticədə müxtəlif yollara əl atırlar. Hakimiyyətə sivil yolla gəlmək istəməyən şəxslər zaman-zaman cəzalarını alıblar. Ola bilər ki, müəyyən dövrdə hansısa bir yerə çatasan və bu, səndə başgicəllənmə yaratsın, amma mütləq bədəlini ödəməlisən".(Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam