Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Faiq Balabəylinin qardaşı bıçaqlandı

faiq-balabey

 

Tanınmış şair Faiq Balabəylinin qardaşı Rəfael Səfərov bıçaqlanıb.

Yenixeber.org:  Bu haqda Axar.az-a məlumat verən Faiq Balabəylinin sözlərinə görə, hadisə Cəlilabad rayonunun Sabirabad kəndində baş verib.

Həmkəndlisi, 41 yaşlı Akif Kərəm oğlu Heydərov gecə 23:30 radələrində 43 yaşlı Rəfael Ağaş oğlu Səfərovu evindən çağıraraq, ondan çayxana işlətdiyinə və fermer təsərrüfatı olduğuna görə aylıq haqq tələb edib. R.Səfərov etiraz edəndə isə iki bıçaq zərbəsi endirib.

R.Səfərov gecə ilə Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal əməliyata qaldırılan R.Səfərovun dalağı götürülüb.

R.Səfərovun vəziyyəti hazırda ağır-stabildir.

F.Balabəylinin sözlərinə görə, gecə ilə həbs olunan A.Heydərov bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Cəlilabad polisi faktla bağlı araşdırma aparır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam