Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Sabiq müstəntiq karsa salınıb -Rüfət Səfərovun vəkilindən açıqlama

rufet

 

“Sabiq müstəntiq Rüfət Səfərovu saxlandığı 9 saylı Cəzaçəkmə Müəssisəsində  Cərimə Təcridxanasına (Karsa) salınıb”.

Xeberinfo.com:   Bu haqda Gununsesi.info-ya R.səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. “Guya R.Səfərov daxili intizam qaydalarını pozub. Halbuki, R.Səfərov hazırda karantin müddətini keçir. Hələ heç müəssisəyə də buraxilmayıb. Karantində saxlanılır”- o,deyə, bildirib

 B.Bayramovun sözlərinə görə, bu R.Səfərova qarşı təzyiqlərin növbəti davamıdır.

Qeyd edək ki,  Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. 2016-cı il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

2016-cı il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam